Əcnəbilərin ölkəmizdə xərclədiyi pulun 18 faizi özlərinə qaytarılacaq
Tarix: 24.06.2016 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


Parlamentin növbədənkənar son plenar iclasında Vergi Məcəlləsində dəyişikliklərə baxılıb. Layihə barədə millət vəkili Ziyad Səmədzadə məlumat verib. Bildirilib ki, qanun layihəsinin 1.1-1.4-cü maddələri ölkəyə xarici turistləri cəlb etmək və onlar tərəfindən ölkə ərazisində mal və məhsulun alışını təşviq etmək məqsədi daşıyır.Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkə ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilən əlavə dəyər vergisinin qaytarılması sisteminin ("Tax Free") tətbiqi əmtəə dövriyyəsinin artması ilə nəticələnməlidir. Geri qaytarılmış əlavə dəyər vergisinin məbləğinin isə, ticarətdə iqtisadi aktivliyin artması fonunda əldə ediləcək mənfəətdən (gəlirdən) tutulan vergilər hesabına kompensasiya ediləcək.Layihənin 1.5-ci maddəsi isə Vergi Məcəlləsinin 194.1-ci maddəsinə ikinci cümlənin əlavə edilməsini nəzərdə tutur. Bu müddəa aksizli mallar üzərində vergi nəzarətinin gücləndirilməsi, aksiz vergisi tutulan (o cümlədən idxal olunan) mallara aksiz markalarının tətbiqi qaydalarının, habelə aksiz markalarının hazırlanmasına dair sifarişin verilməsi, onların satışı və uçotunun aparılması qaydalarının təkmilləşdirilməsi məqsədini daşıyır. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info