Sağlamlıq turizmi ilə ölkəyə turist cəlb edə bilərikmi?
Tarix: 25.06.2016 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Ölkəmizdə qədimdən bəri mövcud olan təbii, mineral sular, müxtəlif sağlamlıq ocaqları və müasir infrastrukturla bu sahədə rəqabət apara bilərik
Turizmin müxtəlif növlərindən istifadə etməklə turist cəlbinə nail olmaq bu gün bir çox ölkələr üçün prioritetdir. Onlardan biri də sağlamlıq turizmidir ki, hazırda bu sahədə bir çox ölkələr artıq təkmilləşiblər. Dünyada ildə 30 milyon insan sağlamlıqla bağlı başqa ölkələrə səfər edir, ümumilikdə isə bununla bağlı 150 milyard dollar vəsait xərcləyirlər. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, sağlamlıq turizmində ən fəal ölkələr ABŞ və Almaniya hesab edilsə də, Hindistan, Malayziya, Tayland, Kuba, Belçika, Macarıstan kimi ölkələr də bu turizm növünə iddialıdırlar. Son illər bu turizm növündə fəaliyyətini gücləndirən ölkələrdən biri də Türkiyədir. Türkiyə sağlamlıq turizmindən 2018-ci ilin sonunda 9-10 milyard dollar, 2023-cü ildə isə 20-25 milyard dollar gəlir əldə etməyi hədəfləyib. Hava yolu ilə Türkiyəyə müalicə məqsədi ilə gələn turistlər sırasında Almaniya, Hollandiya, İngiltərə, Liviyadan gələnlər üstünlük təşkil edir. Son 4 ildə bu ölkəyə İraqdan çoxlu sayda xəstə gəlib.

"Sağlamlıq turizmi ulduz kimi parlayan bir sahədir"

Türkiyə səhiyyə sisteminin dünyada maraqla qarşılandığını deyən bu ölkənin Səhiyyə Nazirliyinin müşaviri Hüseyn Çelik bildirib ki, artıq müştərilər dəyişib: “ Hazırkı dövrdə də dövlətin rolu çox əhəmiyyətlidir. Bu baxımdan səhiyyə Türkiyənin siyasətində 10 inkişaf planında 25 əsas mövzudan biri olaraq yerini alıb. Bununla bağlı müvafiq qurumlar bu siyasət çərçivəsində vəzifələrini addım-addım yerinə yetirirlər. Səhiyyə sahəsində müştəri qazanmaqla bağlı heç bir çətinliyimiz qalmadı. Bizim üzərimizə düşən isə odur ki, bu istiqamətdə çalışan yoldaşlarla birlikdə eyni yolda irəliləmək və hamımızın addım-addım eyni ruhda bu işi bacarmasıdır. Biz Səhiyyə Nazirliyi olaraq İnkişaf Nazirliyi ilə birlikdə bu işi daha çox irəliyə aparacağıq”.
İnsanların sağlamlığının çox önəmli olduğunu deyən “ONKİM Kök Hüceyrə Texnologiyaları” və “MediaSa” şirkətinin idarə heyətinin başçısı Demet Sabancı Çetindoğan bildirib ki, yeni dünyada hər ölkə mövqeyini yenidən qiymətləndirməkdədir: “Rəqabətin sürətlə artdığı bu dövrdə səhiyyə turizmi ulduz kimi parlamaqdadır. Sağlamlıq turizminin inkişafı üçün İnkişaf Nazirliyinin 10 İnkişaf planında açıqca ifadə etdiyi tibbi turizmdə dünyanın ilk 5 destinasiyası içində yer almağımız gözlənilir. 2013-cü ildə termal turizmdə turistlərin sayı 500 min nəfər olduğu halda, 2018-ci ildə 1 milyon yarım olması gözlənilir. Tibbiturizmdə turistlərin sayı 308 min ikən 2018-ci ilin sonunda 750 mini keçməsi planlaşdırılır”.
2014-cü ildə Türkiyədə ölkə vətəndaşı olmayan və müalicə üçün gələn insanların sayının 417 min nəfər olduğunu söyləyən Səhiyyə Nazirliyi Sağlamlığın inkişaf etdirilməsi şöbəsinin baş direktoru Hacı Ömər Tontuş isə bildirib ki, insan həyatı sağlam nəfəs almaq üzərinə qurulduğu müddətcə səhiyyə sektor olaraq böyüyəcək və inkişaf edəcək. Xüsusilə xroniki xəstə və yaşlı baxımı, reabilitasiya mərkəzli səhiyyə xidmətləri, xərçəng cərrahiyyəsi, kök hüceyrə, çəki artımı cərrahiyyəsinə olan tələb artımı zaman içərisində yuxarıya doğru bir yüksəliş göstərəcək. Türkiyənin sağlamlıq turizmində əhəmiyyətli bir yeri var. İlk səhiyyə turizmi axtarışı 3000 il əvvəl hazırkı “Pamukkale” bölgəsində reallaşıb. Hazırda şahidiyik ki, səhiyyə turizmi üçün Anadoluya gələnlər hələ də davam etməkdədir. Bu baxımdan 18-22 oktyabr 2016-cı il tarixlərində Ankarada keçiriləcək “Qlobal Sağlamlıq Turizmi Zirvəsi və Sərgisi”ndə etibarlı və elmli səhiyyə xidməti təqdim ediləcək.

Sağlamlıq kampusları yüksək səviyyəli xidmətlər təqdim edəcək

Türkiyənin 2023-cü ildə səhiyyə sahəsi və hökumət proqramında yer alan, səhiyyə sahəsində bölgənin cazibə mərkəzi olacağını və sağlamlıq turizmində lider mövqeyə gələcəyini söyləyən “HHB Expo”-nun idarə heyətinin başçısı Şule Dayanqaç bildirib ki, sağlamlıq proqramından sonra, dövlət xəstəxanaları yüksək keyfiyyətdə və yeni texnologiya ilə xidmət verməyə başlayıb. Buna paralel olaraq dövlət xəstəxanalarında müalicə alan xarici ölkə vətəndaşı olan xəstələrin sayı artmaqdadır. Xüsusilə 22 şəhər xəstəxanası olaraq planlanan səhiyyə kampusları ilə yüksək səviyyədə səhiyyə xidməti təqdim olunacaq”.
Sərgi ilə bərabər Ankarada təşkil ediləcək olan konqresdə, səhiyyə turizmi sektorunun dünyada və Türkiyədə əhəmiyyətli bir mövzu olduğunu söyləyən Dayanqaç deyib ki, sektorun professionalları tərəfindən müzakirə olunacaq konqres və sərgiyə İqtisadiyyat Nazirliyinin dəstəyi ilə təxminən 40 ölkədən nümayəndə heyəti qatılacaq və 3 gün ərzində sərgidə müvafiq görüşlər təşkil olunacaq, müqavilələr bağlanacaq.
Qeyd edək ki, bu gün turizmin inkişafında maraqlı olan ölkəmiz üçün də məhz bu sektorun bir qolu olan sağlamlıq turizmi önəmli olmalıdır. Hazırda müasir texnika ilə təchiz olunmuş yeni səhiyyə ocaqlarının olduğu ölkəmizdə də sağlamlıq turizminin inkişafı istiqamətində yeni addımların atılmasına ehtiyac var. Eyni zamanda bu bir faktdır ki, ölkəmizdə qədimdən bəri təbii, mineral sular, müxtəlif sağlamlıq ocaqları fəaliyyət göstərir. Səhiyyə ocaqları ilə digər ölkələrdən geri qalmayan ölkəmizin də artıq bu rəqabətdə iştirakçı olması, sağlamlıq turizmində parlamasının vaxtı çatıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info