Diasporda yenilik: Kiyev-Krasnoyarsk-Bakı arasında mədəni körpü yaradılacaq
Tarix: 25.06.2016 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Nicat Mirzəyev: “Uğurlarımızla millətimizi sevindirmək bizim üçün böyük şərəfdir”
Azərbaycan mədəniyyətinin xaricdə təbliği diasporumuzun qarşısında qoyulmuş əsas vəzifələrdən biridir. Ukraynadakı Qafqaz Rəqsləri məktəbi və həmçinin “Qafqaz” ansamblı bu baxımdan aktiv fəaliyyət göstərir. Hər iki quruma, eləcə də Gənclər Dünyası İctimai Birliyinə rəhbərlik edən Nicat Mirzəyev görülən işlərlə bağlı qəzetimizə müsahibə verib.

-Azərbaycan mədəniyyəti Ukraynada necə təbliğ olunur? Bu prosesin daha da yaxşı olması üçün nələr etmək olar?
-Bildiyimiz kimi, bizim milli folklorumuz çox zəngindir və bunu dünyaya təbliğ etməliyik. Bunun üçün öz işinə sevgi, birlik və maliyyə dəstəyi lazımdır. Məsələn, bir çox tələbəmiz Ukraynaya təhsil almağa gəlir. Bu gənclərimizdən hər biri dərslərdən əlavə, boş vaxtlarında gəlib bizim məktəbimizdə Azərbaycan rəqslərini bir neçə aya öyrənib, öz universitetlərində tez-tez olan tədbirlərdə Azərbaycan mədəniyyətini təmsil edə bilərlər. Bir neçə qrup tələbələri biz belə öyrətmişik. Artıq onlar öz təhsil aldıqları yerlərdə çox sevilirlər. Yəni qeyd etmək istəyirəm ki, hər şey özümüzdən asılıdır. Milli dəyərlərimizin tanınması üçün yetərincə birlik göstərmiriksə, heç cür irəli gedə bilmərik.
Qaldı ki, bizim rəqs məktəbinə, hər il daha da yeni uğurlara nail oluruq. Məktəbimiz peşəkarlığı, güclü sistemi ilə gözəl nəticələr göstərib. Hər valideyn istəyir ki, övladı bizim məktəbdə oxusun. Bu il yeni tələbələrimizin sayı 100-dən çox oldu. Yeni rəqslərimizin sayı artır. Mükafatlarımız daha da çoxalıb. Bu da bizim 5 ildə çəkdiyimiz əziyyətimizin nəticəsidir.
-Ümumiyyətlə, Ukrayna hökuməti sizin ansamblın fəaliyyəti üçün lazımi şərait yaradırmı?
-Bəli. Ukrayna dövlətinə və millətinə hər zaman minnətdarıq. Onlar bizim folklorumuza çox böyük sevgi bəsləyirlər və xüsusən də, bizim rəqs ansamblımıza böyük diqqət göstərirlər. Hər il yeni təşəkkürnamələr, diplomlar, kuboklarla bizi təltif edirlər. Tez-tez mədəniyyət mərkəzimizə Ukrayna televiziya kanallarından baş çəkib bizim haqqımızda veriliş hazırlayırlar. Bu il Ukraynada keçirilən beynəlxalq festivalda biz üç dəfə Qran-pri kubokuna layiq görüldük! Bu, inanılmaz nəticədir!
Amma yeni uğurlarımız qarşıdadır. Uğurlarımızla həmişə öz millətimizi sevindirmək bizim üçün böyük şərəfdir.
- Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə əlaqə saxlayırsız?
-Bəli, hər biri ilə gözəl münasibətimiz var. Hər hansı tədbirdə Azərbaycan mədəniyyətini təmsil etməyə dəvət edirlərsə, fikirləşmədən təmənnasız olaraq dəstək oluruq.
-Dövlət tədbirlərinə dəvətlər alırsızmı?
Bəli. Biz ümumən Ukraynada bütün milli rəqslərimizi incəliyinə qədər öyrədən, hər bir gözəlliyini başqa millətlərə çatdıran yeganə rəqs ansamblıyıq. Bunun üçün Azərbaycandan peşəkar rəqqaslar dəvət etmişik. Çünki əgər biz dövlətimiz adından çıxış ediriksə, bu, layiqincə, yüksək səviyyədə olmalıdır. Ölkəmizlə bağlı hər bir tədbirə dəvət alırıq və orada böyük sevgi ilə iştirak edirik.
-Ukraynada yaşayan azərbaycanlı gənclər ölkənin mədəni həyatında nə dərəcədə fəaldırlar?
- Əlbəttə, fəal gənclərimiz var. İstedadlı gənclərimiz yetərincədir. Amma burada təhsil alan bütün gənclərimiz həmrəy olsa, daha da gözəl olar, bu sahədə xeyli inkişaf olar.
-Azərbaycanlılar Ukrayna cəmiyyətinə inteqrasiya ola bilibmi?
- Çox təəssüf ki, az halda. Çünki bizdə əksəriyyətinin belə bir yanlış stereotipi var ki, burada kök atmayaq, heç bir karyera qurmayaq, ukraynalılarla ünsiyyətimiz olmasın. Düşünürlər ki, burada müvəqqəti qalırlar və çıxıb gedəcəklər. Ona görə də nəyəsə başlamağa ehtiyac bilmirlər.
Bu fikir də bizi uçuruma aparır. Məhz bu səbəbdən Ukraynada və ya digər ölkələrdə nə cəmiyyətə, nə də dövlət strukturlarına inteqrasiya edə bilmirik. Ümid edirəm ki, bu səhvlərimizi başqa millətlərə baxıb aradan qaldırarıq.
-Bir azərbaycanlı olaraq başqa xalqlar arasında xalqımızı necə təmsil edirsiz?
- Öz ictimai təşkilatımız olan Gənclər Dünyası çərçivəsində Azərbaycan mədəniyyəti ilə bağlı konsertlər, tədbirlər keçiririk. Belə konsertlərdə "Sarı gəlin", "Yallı", "Uzundərə", "Naz eləmə", "İgidlər rəqsi", "Qaytağı", "Şalaxo", "Nəlbəki" , "Bayram rəqsi" və s. rəqslərimzi nümayiş etdiririk. Milli musiqi alətlərimiz, milli geyimlərimizlə bağlı sərgilər keçiririk. Onların yaranma tarixini insanlara çatdırırıq. Bununla yanaşı, kimsəsiz uşaqlar evində xeyriyyə konsertləri təşkil edirik. Hər il hesabat konsertimizi keçiririk. Bu konsertlərimiz çox yüksək səviyyədə və anşlaqla keçir. Çox sevinirik ki, bizim sayəmizdə Azərbaycan folklorunu yüzlərlə ukraynalı daha da çox tanıyır və sevir.
-Başqa ölkələrə qastrol səfərlərinə gedirsizmi?
-Biz bütün Ukrayna şəhərlərində konsert verdik. Bu il də xarici ölkələrə gedəcəyik. Artıq bir neçə beynəlxalq festivala dəvət almışıq. Xüsusən də, Rusiyanın Krasnoyarsk şəhərində fəaliyyət göstərən "Odlar Yurdu" rəqs ansamblının bədii rəhbəri Səadət xanım Qarayevadan dəvət almışıq. Orada Azərbaycan festivalı ilə əlaqədar keçiriləcək tədbirlərə qoşulmaq fikrimiz var. Həmçinin milli folklorumuzla bağlı yeni bir layihə fikirləşirik: Kiyev-Krasnoyarsk-Bakı.
Bu layihə çərçivəsində Kiyev-Krasnoyarsk-Bakı arasında mədəni körpü yaradılacaq. Belə ki, "Qafqaz" rəqs ansamblı ve "Odlar Yurdu" rəqs ansamblı bərabər şəkildə həm Kiyevde, həm Krasnoyarskda, həmdə Bakıda konsert verəcəklər. Layihənin qeyri-adiliyi bu olacaq ki, bizim ukraynalı və rus tələbələrimiz Azərbaycan xalq rəqslərini necə pəşəkarcasına və ürəkdən, böyük zövqlə oynamalarını göstərəcəklər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info