Gənclərlə iş dövlət siyasətinin prioritet istiqamətinə çevrildi
Tarix: 07.03.2013 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində “Biz Heydər Əliyev irsindən öyrənirik” mövzusunda elmi konfrans keçirilib. Universitetin Gənclər Təşkilatının və Magistratura üzrə dekanlığının birgə təşkil etdiyi konfransı giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli Heydər Əliyevin bəşər tarixindəki nadir tarixi şəxsiyyətlərdən, siyasət nəhəngi olmasından, Azərbaycanın milli müstəqilliyinin qorunmasında, müasir dinamik inkişafında, taleyüklü məsələlərin həllindəki misilsiz xidmətlərindən bəhs edib.
Rektor ulu öndərin həyat və fəaliyyətinin, siyasi irsinin, böyük ideyalarının öyrənilməsinin zəruriliyini vurğulayıb, ümummilli liderin anadan olmasının 90 illiyi, 2013-cü ilin Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan olunması ilə bağlı keçiriləcək çoxsaylı tədbirlər barədə məlumat verib. Magistratura üzrə Tələbə Gənclər Təşkilatının sədri, Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi ixtisaslaşması üzrə I kurs magistrant Lamiyyə Əliyeva “Heydər Əliyevin gənclər siyasəti” mövzusunda məruzə edərək Heydər Əliyevin gənclərə göstərdiyi qayğıdan, gənclərlə işin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul etməsindən danışıb. Qeyd olunub ki, ölkəmizdə Heydər Əliyev tərəfindən müəyyənləşdirilən gənclər siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Azərbaycan ədəbiyyatı ixtisaslaşması üzrə I kurs magistrant Püstə Əhmədova “Heydər Əliyev və Naxçıvan” mövzulu məruzəsində bildirib ki, dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən blokada şəraitində olan Naxçıvanı erməni hücumlarından, işğalından qoruyub, Azərbaycanın gələcək müqəddaratı ilə bağlı mühüm tarixi siyasi qərarlar qəbul edib, muxtar respublikanın hərtərəfli inkişafı istiqamətində çoxşaxəli tədbirlər həyata keçirib. Ümummili lider Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra da Naxçıvanın sosial-iqtisadi, elmi, mədəni tərəqqisini daim diqqət mərkəzində saxlayıb. Bu gün ölkə başçısı və muxtar respublika rəhbərliyi tərəfindən Heydər Əliyev məktəbinin və siyasi kursunun layiqincə davam etdirilməsinin nəticəsidir ki, Naxçıvan özünün əsl intibah dövrünü yaşayır.
Mətbuat ixtisaslaşması üzrə I kurs magistrant Səadət Əliyeva “Heydər Əliyev Azərbaycan mətbuatı” mövzusunda məruzəsində ümummilli liderin milli jurnalistikanın demokratik prinsiplər əsasında inkişafı, söz, mətbuat azadlığının, plüralizmin təmin olunması istiqamətində qəbul etdiyi qərarlar, kütləvi informasiya vasitələrinə, jurnalistlərə hərtərəfli qayğısı barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan milli mətbuatının daha da inkişaf etdirilməsi sahəsindəki bütün bu xidmətlərinə görə Heydər Əliyev 2002-ci ilin martın 22-də “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Konfransda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən slaydlar, “Tarixin Heydər Əliyev zirvəsi” adlı sənədli film də nümayiş etdirilib.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Yaxın zamanlarda dərman vasitələrinin ölkəmizə gətirilməsi qaydaları sadələşdiriləcək
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info