Avropa institutlarına etimadın təmin olunmasında şəffaflıq vacib amildir
Tarix: 25.06.2016 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa institutlarında şəffaflığın təkmilləşdirilməsinə həsr olunan sessiyasında “Avropa təsisatlarında şəffaflıq və açıqlıq” adlı məruzə ətrafında müzakirələr aparılıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov sessiyada çıxış edərək Avropa institutlarına etimadın təmin olunmasında şəffaflığın rolu barədə fikirlərini bölüşüb.
O, təəssüflə bildirib ki, Avropa institutları demokratik dəyərlər əsasında idarə edilməsinə və Avropanın mərkəzində yerləşməsinə baxmayaraq, bu institutlar lobbiçiliyin təsirindən azad deyil. Lobbiçiliyin mənfi təsirləri üzdə görünməsə də, hər an açıq hiss olunur. Qeyd edilib ki, Azərbaycan da Avropa institutlarında çirkli lobbiçilik kampaniyalarına məruz qalıb. Nəticədə Azərbaycan önəm verdiyi bəzi Avropa institutları ilə münasibətlərində xoşagəlməz hallarla üzləşib. Hətta Azərbaycanın Ermənistanın təcavüzünə məruz qalmasını, torpaqlarının işğal edilməsini hamının aydın bilməsinə və bunun Assambleyanın da təsdiq etməsinə baxmayaraq, ölkəmiz ədalətsiz münasibətlərlə qarşılaşır. Avropa institutları qərarlar qəbul edəndə bilməlidirlər ki, bu qərarların təsiri yalnız Avropa məkanının daxili məsələləri ilə bitmir, bəzi hallarda bu qərarlar Avropa sərhədlərindən kənarda olan ölkələrə də şamil edilir. Buna görə də Avropa institutları tərəfindən qəbul edilmiş qərarlarda hansı maraqların ifadə olunması ilə bağlı məlumatlar və bu prosesdə şəffaflıq təmin edilməlidir. Şəffaflığın əhəmiyyətindən danışan Milli Məclisin deputatı Avropada lobbiçilik səviyyəsində qanunvericiliyin çox zəif olduğunu bildirib. O, bu sahənin tənzimlənməsinə, şəffaflıq standartlarının təmin edilməsinə olan böyük ehtiyacı diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info