Britaniya Avropa İttifaqını tərk edir
Tarix: 25.06.2016 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Baş nazir Devid Kemeron istefa verəcəyini bəyan edib
Britaniyada ölkənin Avropa İttifaqında (Aİ) qalıb-qalmaması ilə bağlı referendum keçirilib. Referendumun nəticələrinə görə, ölkədə 51,7 faiz əhali Britaniyanın Aİ-dən çıxmasını dəstəkləyib. Əhalinin 48,1 faizi isə Britaniyanın Aİ-də qalması üçün səs verib.
Seçici fəallığı 30 milyondan çox seçicinin iştirakı ilə 71.8 faiz təşkil edib. Bu 1992-ildən bəri ən yüksək göstəricidir. Referendumun nəticələrinə münasibət bildirən Baş nazir Devid Kemeron vəzifədən gedəcəyini bəyan edib. Canlı yayımda çıxış edən Baş nazir Britaniyanın yeni liderə ehtiyacı olduğunu deyib. O qeyd edib ki, hələ də ölkəsinin Aİ-də qalmasının daha məqsədyönlü olduğunu düşünür: “Lakin Britaniya əhalisi bunu istəmədi. Bu, o deməkdir ki, onlar yeni idarə sistemi və təbii ki, yeni lider istəyirlər”.

Avropa İttifaqı Böyük Britaniyanı qurumdan çıxmağı tezləşdirməyə çağırıb

Baş nazir oktyabrda istefaya gedəcəyini bildirib. Avropa İttifaqı Şurasının sədri Donald Tusk Böyük Britaniyada keçirilən referendumun nəticələrini şərh edərkən bu cür ssenariyə əvvəlcədən hazır olduqlarını bildirib. Tusk, həmçinin gələn həftə qurumun sammiti çərçivəsində 27-lərlə qeyri-rəsmi müzakirə aparmaq barədə təklif verdiyini deyib. Britaniyalıların referendumda Aİ-dən çıxmaq barədə verdikləri qərarı “tarixi an” adlandıran Avropa İttifaqı Şurasının sədri bununla bağlı sərt reaksiyadan imtina etməyə çağırıb. Aİ qeyri-rəsmi müzakirəni gözləmədən referendumla bağlı birgə bəyanat yayıb. Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının sədri Jan-Klod Yunker, Avropa Parlamentinin sədri Martin Şults və Aİ-yə sədrlik edən ölkə qismində Hollandiyanın baş naziri Mark Ryütte tərəfindən imzalanan birgə bəyanatda Böyük Britaniya hökumətinə referendumun nəticəsini tez bir zamanda reallaşdırmaq çağırışı əksini tapıb: “Azad və demokratik şəkildə Britaniya xalqı öz qərarını verdi. Biz buna təəssüf etsək də, hörmətlə yanaşırıq. Biz, 27 ölkə olaraq, fəaliyyətimizi davam etdirəcəyik. Nə qədər ağrılı proses olsa da, biz Birləşmiş Krallıq hökumətini mümkün qədər tez bu qərarı həyata keçirməyə çağırırıq. İstənilən təxirəsalınma qeyri-müəyyənliyi uzada bilər. Biz Britaniya hökuməti ilə onun Aİ-dən çıxmasının şərt və tələbləri barədə təcili danışıqlara başlamağa hazırıq. Bu proses bitənə kimi Birləşmiş Krallıq bütün öhdəlik və hüquqları ilə Aİ-nin tamhüquqlu üzvüdür. Biz Birləşmiş Krallığın gələcəkdə Aİ-nin ən yaxın tərəfdaşı olacağına ümid edirik”.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info