İtaliya Rusiyaya qarşı sanksiyaların uzadılmasına mane olub
Tarix: 25.06.2016 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Roma qəbul ediləcək sənədə qadağalara bu ilin sonunda yenidən baxılmasının mümkünlüyü barədə şərt salınmasında
təkid edir


Hər şeydən əvvəl, qeyd edilməlidir ki, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi qadağalar avrozonanın əksər ölkələrinin vətəndaşları tərəfindən birmənalı qarşılanmır. Belə ki, Avropada aparılan rəy sorğularının nəticələrinə görə, əhalinin təqribən 47 faizi bu qadağaların əleyhinədir və sanksiyalara son verilməsini istəyir.
Qeyd edək ki, bu sorğuda daha çox italyanlar Rusiya ilə həmrəylik nümayiş etdirirlər. Bu ölkədə respondentlərin 51 faizi ruslara dəstək nümayiş etdirərək qadağaların aradan qaldırılmasına səs veriblər. Bunun hansı effekt verəcəyi hələ də sual altındadır. Belə ki, “Radio Free Europe” Avropa İttıfaqındakı qaynaqlarına istinadən xəbər verir ki, Rusiyaya qarşı Avropa İttifaqı tərəfindən sanksiyaların müddətinin uzadılması barədə qərar bu dəfə İtaliyanın mövqeyinə görə təxirə salınıb. Radiostansiyanın məlumatına görə, rəsmi Roma qəbul ediləcək sənədə Rusiyaya qarşı tətbiq ediləcək qadağalara bu ilin sonunda yenidən baxılmasının mümkünlüyü barədə şərt salınmasını təkid edir. İtaliyanın bu mövqeyi, çox güman ki, iyunun sonunda Avropa Birliyinə üzv olan ölkələrin rəhbərlərinin iclasında qəbul olunacaq. Qeyd edək ki, bir müddət bundan əvvəl Avropa Komissiyasının sədri Jan-Klod Yunker Rusiyaya qarşı növbəti 6 aylıq qadağaların tətbiq edilməsinə artıq qərar verildiyi barədə məlumat vermişdi. İyunun 21-də Avropa İttifaqının daimi nümayəndələri Rusiyaya qarşı tətbiq edilmiş və iyulun 31-də başa çatacaq əvvəlki 6 aylıq qadağaların müddətinin yenidən uzadılması barədə razılığa gəliblər. Lakin diplomatların bu qərarını Avropa İttifaqı Şurası da təsdiq etməlidir. Bu barədə məlumat yayan "Ukrinform" onu da bildirib ki, üç ölkə - Fransa, Böyük Britaniya və İsveç ehtiyat kimi parlament amilindən istifadə ediblər. Yəni bu ölkələr bildiriblər ki, sanksiya məsələsini yerli parlamentləri ilə razılaşdırmalıdırlar. Stokholm və Londonun bu gedişi formal xarakterli olsa da, Paris ciddi müqavimət göstərə bilər. Xatırladaq ki, Fransa Senatından əvvəl Fransa parlamenti də Rusiyaya qarşı tətbiq ediləcək qadağaların ləğvinə çağıran qətnamə qəbul edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Kanada Rusiyanın G7-yə qoşulmasına qarşı çıxıb
22.08.2019
Arakanlı müsəlman immiqrantlar ölkələrinə qayıtmaq istəmir
22.08.2019
Kosovoda növbədənkənar parlament seçkiləri keçiriləcək
22.08.2019
İranda 2 deputat saxlanılıb
22.08.2019
İranda “Baver 373“ hava hücumundan müdafiə sisteminin təqdimatı keçirildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info