Teymur Məmmədov Azərbaycana 54-cü lisenziyanı qazandırdı
Tarix: 25.06.2016 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən “Rio-2016” boks üzrə lisenziya xarakterli dünya təsnifat turnirinin yeddinci günü də Azərbaycan boksçuları üçün qənaətbəxş yekunlaşıb.
Bu gün yarımfinala gedən yolda Azərbaycan millisinin üç boksçusundan ikisi rinqə çıxıb. Günün ikinci yarısında mübarizəyə qoşulan Olimpiya mükafatçımız Teymur Məmmədov dörddəbir finalda döyüşündə mərakeşli boksçu Hassan Saadanı ilə qarşılaşmalı idi. Rəqib döyüşə çıxmaqdan imtina etdiyi üçün Məmmədov qalib elan olunub və yarımfinala yüksəlib. Bununla atletimiz Rio Olimpiadasına vəsiqəni rəsmiləşdirib. Azərbaycan Rio Yay Olimpiya Oyunlarına 54-cü lisenziyanı qazanıb. Xatırladaq ki, yarış gününün günorta proqramında 75 kiloqram çəkidə mübarizə aparan boksçumuz Kamran Şahsuvarlı dörddəbir final döyüşünü keçirib. K.Şahsuvarlının rəqibi “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi, irlandiyalı Maykl O Rilli olub. İlk iki raundda hakimlər O Rillini, sonuncuda isə K.Şahsuvarlını üstün sayıblar. Yekun nəticədə isə K.Şahsuvarlı 1:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. İstənilən halda, boksçumuz Olimpiadaya lisenziya şansını qoruyur. Bunun üçün irlandiyalı boksçu turnirin qalibi olmalıdır. O Rilli qızıl medal qazansa, K.Şahsuvarlı məhz ona uduzduğu üçün yarışı beşincı yerdə tamamlayacaq. Bu da reqlamentə uyğun “Rio-2016”-ya vəsiqə deməkdir. Qeyd edək ki, dünyanın 105 ölkəsindən 469 boksçunun mübarizə apardığı yarışda son 39 lisenziyanın sahibi müəyyənləşəcək. Turnirə iyunun 25-də yekun vurulacaq.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Real“ Poqbadan imtina edir
17.07.2019
“Tottenhem“ Beyli geri qaytarır
17.07.2019
Azərbaycan idmançısı Avropa çempionatında gümüş medal qazanıb
17.07.2019
Çempionlar Liqasında növbəti oyunlar keçirilib
17.07.2019
Teymur Rəcəbov məğlubiyyətsiz irəliləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info