Dövlət proqramı ilə xaricdə oxuyanlar müsabiqəsiz xəstəxanalarda işləyəcəklər
Tarix: 28.06.2016 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


Səhiyyə Nazirliyinin Kollegiyası “Səhiyyə müəssisələrində həkimlərin müsabiqə yolu ilə mərkəzləşdirilmiş qaydada işə qəbulu Qaydaları”nda dəyişikliklər edib. 
Edilən dəyişikliklər Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə müəssisələrində vakant elan edilmiş vəzifələrə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu qaydalarını müəyyən edir. 
Səhiyyə müəssisələrində həkim ixtisası üzrə nəzərdə tutulmuş vəzifələrə qəbul müsabiqə əsasında edilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. İndiyə qədər bu qaydalar səhiyyə müəssisələrinin rəhbərləri və onların müavinlərinə, həmçinin  müəssisələrin struktur bölmələrinin rəhbərlərinə şamil edilməyib. Yəni onların işə qəbulu müsabiqə əsasında həyata keçirilməyib. Dəyişikliyə əsasən bundan sonra dövlət proqramı ilə xaricdə təhsil almış şəxslərə də şamil edilməyəcək. 
Digər dəyişiklik Müsabiqə Komissiyası ilə bağlıdır. İndiyə qədər səhiyyə müəssisələrində vakant elan edilmiş vəzifələrə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu məqsədilə müsabiqənin təşkil edilməsi və keçirilməsi üçün sayı 9 nəfərdən ibarət Müsabiqə Komissiyası yaradılıb və Komissiyanın tərkibi sədr, sədr müavini, məsul katib və digər üzvlərdən ibarət olmaqla, səhiyyə naziri tərəfindən təsdiq edilib. Dəyişikliyə əsasən Komissiya ilə bağlı say məhdudiyyəti ləğv edilib. Başqa sözlə, səhiyyə müəssisələrində vakant elan edilmiş həkim ixtisasları üzrə vəzifələrə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu tərkibi səhiyyə naziri tərəfindən müəyyən edilmiş komissiya tərəfindən həyata keçiriləcək. 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info