“İsrail bizim tarixi, Azərbaycan isə bizim doğma vətənimizdir”
Tarix: 28.06.2016 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


İyunun 27-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev ilə tələbələrin görüşü keçirilib. Görüşdə ATGTİ-nin sədri, millət vəkili Şahin İsmayılov, publisist-politoloq Reyhan Mirzəzadə və yazıçı-publisist Zöhrə Əsgərova da iştirak ediblər.
Multikulturalizmlə bağlı bu tədbirə giriş sözü ilə başlayan Şahin İsmayılov öz çıxışında İsrail – Azərbaycan dövlətlərinin yaxın dostluq əlaqələrini qeyd edib, multikultural dəyərlərin qorunub saxlanmasının vacibliyini bildirib. “İsrail bizim tarixi vətənimizdir, lakin Azərbaycan bizim doğma vətənimizdir” deyən Milix Yevdayev çıxışında Azərbaycanda müxtəlif dinlərin, xalqların nümayəndələri üçün eyni imkanların yaradılmasının tolerantlıq və multikulturalizmin bariz nümunəsi olduğunu söyləyib.
Daha sonra Milix Yevdayev gənclərin suallarını cavablandırıb, Reyhan Mirzəzadə və Zöhrə Əsgərova da mövzuya aid öz fikirlərini bildirib.
Qeyd edək ki, Milix Yevdayev xarici ölkələrdə daima Azərbaycanın milli maraqlarını, siyasətini dəstəkləmiş, Qarabağ torpağının ermənilər tərəfindən işğalını pisləmişdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info