Norveçdən tətil xəbəri gəldi, neftin qiyməti qalxdı
Tarix: 28.06.2016 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Dünya bazarında neft kəskin ucuzlaşmadan sonra bahalaşmaqdadır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,60 dollar artaraq 46,93 dollar təşkil edib. 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,65 dollar artaraq 47,81 dollar olub. 
Qeyd edək ki, "Brexit" və möhkəmlənən dollar nefti kəskin ucuzlaşdırırdısa, bu gün artıq "qara qızıl" bahalaşmağa başlayıb. Bahalaşmaya səbəb Qərbi Avropanın ən iri neft hasilatçısı olan Norveçdən gələn xəbərlərdir. Belə ki, Norveçdə 750-yə yaxın neftçi şənbədən etibarən tətil elan etmək niyyətindədir. Buna səbəb neftçilərin əmək haqları ətrafında yaranan mübahisədir. Ekspertlərin fikrincə, neftçilərin tətilə çıxması hasilatın azalmasına səbəb ola bilər. Yaranmış vəziyyətdə bir neçə gün ərzində ucuzlaşan neftin qiyməti artım dinamikası göstərir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Türkiyə Prezidenti “Twitter” səhifəsində Ərbildəki mənfur hücumu pisləyib
17.07.2019
İranda tayfalar bir-birini qırdı
17.07.2019
“Breeze 2019” hərbi təlimə start verildi
17.07.2019
Tramp: “Türkiyə ilə yaxşı münasibətlərimiz var“
17.07.2019
Planetimizdə 4 milyard insan sosial müdafiədən məhrumdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info