Azərbaycan İsrail Beynəlxalq Tibb mərkəzində “AÇIQ QAPI“ xeyriyyə aksiyası keçirildi
Tarix: 28.06.2016 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


27 iyun 2016-cı il tarixində “SAĞLAMLIQ MARAFONU" Xeyriyyə Proqramı çərçivəsində, İsrail mənsubu olan, CİPDH eksperti Sülhməramlı Səfir cənab Aleksander Şapiro Sulimanın təşəbbüsü ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Astara rayonu İcra Hakimiyyəti və "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin ("ƏST"İB) təşkilatçılığı ilə növbəti "AÇIQ QAPI" xeyriyyə aksiyası keçirildi. Azərbaycan İsrail Beynəlxalq Tibb mərkəzi və Tibb Turizm kompleksinin direktoru, İsrail mənsubu olan, CİPDH eksperti Sülhməramlı Səfiri cənab Aleksander Şapiro Sulimanın təşkilatçılığı ilə keçirilən bu tədbirdə Astara rayon Əmək və Əhalinin Sosial Müdafiəsi mərkəzinin nümayəndəsi Əliyeva Gültəkin Sərdar qızı, Əlil Sahibkarlar təşkilatı İctimai Birliyinin sədri, ƏƏSMN-nin yanında İctimai Şura üzvü Məhəmməd Vəliyev Mirzə Ağamurad oğlu və həmin birliyin nümayəndəsi İsgəndərov Ələddin Mirzə Hüseyn oğlu, Əlil Sahibkarlar Təşkilatının İctimai Birliyinin Astara rayon üzrə nümayəndəsi İsgəndərov Ələddin Mirzəhüseyn oğlu, Tanınmış və hər kəs tərəfindən sevilən, gözəl müğənnimiz Sevinc Tofiqqızı, Boks Döyüş İdman növü üzrə Dünya və Avropa çempionu Anar Hümbətov, eləcə də, digər qonaqların iştirakı ilə keçirildi. Tibb mərkəzinin direktoru Aleksander Şapiro Suliman aksiyanı giriş sözü ilə açaraq bildirdi ki, həkimlərin profsional, işində məsuliyyətli, dəqiq və ciddi olması vacib şərtdir. Belə olan halda bütün xəstələrə layiqincə xidmət etmək, onlara mümkün ola biləcək əlindən gələn köməkliyi əsirgəməməlidir. Sonra Ş.S.Aleksander sözü Məmməd Vəliyev Mirzəyə verdi. O, nitqində bildirdi ki, cənab A.Ş.Suliman ilə tamamilə həmfikirdir. Onu da əlavə etdi ki, Tibbin qarşısında duran problemlərdən biri savadlı kadr çatışmazlığı və bəzi ailələrin sosial vəziyyətinin bir o qədər də yaxşı olmaması ilə əlaqədardır. Bizim keçirdiyimiz “SAĞLAMLIQ MARAFONU" aksiyası çərçivəsində sosial vəziyyəti yaxşı olmayan Astara sakinlərinin pulsuz müayinədən keçirilməsi və onlardan beşinə kömək məqsədi ilə pulsuz müalicə paketi hədiyyə olunacaqdır. Bu aksiya bir ilə yaxındır davam edir. 976 nəfər var idi. Bu gün xəstələrin sayı 1100 nəfəri keçdi və buna görə də 1001-ci iştirakçı müalicə paketi ilə mükafatlandırıldı. Nitqinin sonunda təşəkkürünü də nəzərə çatdırmağı unutmadı. Bildirdi ki, bu xeyriyyə proqramı icrası dövründə bütün təşkil etdiyimiz aksiyada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daim bizim yanımızda olmuşdur. Sonda cənab Aleksander Şapiro Suliman qeyd etdi ki, biz belə tədbirləri mütəmadi keçiririk və qismət olsa gələcəkdə də bu səpkidə tədbirlər keçirəcəyik. Onu da vurğuladı ki, “Azərbaycan - İsrail Beynəlxalq Tibb Mərkəzi” 20-23 İyul tarixlərində Vertebroloq, Tibb Elmləri Doktoru İqor Rinkov xəstələrin müayinə və cərrahi müalicəsini həyata keçirəcək. Müayinə və müalicə bel və boyun yırtıqları, onurğa sütununun degenerativ və travmatik zədələnmələrinin, fəqərələrərin patoloji sınıqları, aqressiv hemangiyomalar zamanı dəri içi vertebroplastika, onurğa sütunu və onurğa beyni şişlərinin mikrocərrahiyyəsi, baş beyin şişləri (xoşxassəli və bədxassəli) mikrocərrahiyəsi, periferik sinirlərin mikrocərrahiyyəsi, travma və cərrahi əməliyyat sonrası kəllə sümüyünün cərahiyyəsi, həmçinin, steroletoqrafiyasının istifadəsi ilə onurğa sütununun periferik sümükləri geniş spektrli ağrıkəsici cərrahi əməlliyyatlar üzrə və eləcə də uroloq-androloq, ortoped, LOR həkimlərinin müayinəsi də olacaq. Sizlərin sağlamlığınızı nəzərə alaraq hər birinizi Azərbaycan İsrail Beynəlxalq Tibb mərkəzində gözləyirik. Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov 5D Əlaqə tel: (+99412) 4362831/32; (+99455) 309 66 55; (+99470) 415 05 31; (+99450) 710 92 96




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info