“The Daily Caller”: “Kluninin Ermənistanın mənafelərini təmsil etməsi şübhəli seçimdir”
Tarix: 28.06.2016 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Amerikada çıxan “The Daily Caller” qəzetində Yaxın Şərq məsələləri üzrə ixtisaslaşan politoloq, Livan hökumətinin xarici siyasət məsələləri üzrə müşaviri Əli əl-Hüseyninin “Kluni və Ermənistan – Azərbaycana qarşı qəribə cütlük” sərlövhəli məqaləsi dərc olunub. Müəllif bu məqalədə vəkil Amal Kluni və onun Ermənistanla əlaqələri barədə dəlillər təqdim edir. Əl-Hüseyni yazır ki, Amal Kluni Ermənistanın mənafelərini təmsil edir. Bu fakt özlüyündə şübhəli seçimdir, çünki Ermənistan başqa ölkədən asılı “vassal”dır. Ermənistanı idarə edən repressiv və korrupsiyaya qurşanmış hökumət 2008-ci ildə öz ölkəsinin nümayişə çıxmış vətəndaşlarının gülləbaran edilməsinə sanksiya verib. Amal Kluni Türkiyə vətəndaşının 1915-ci il hadisələri barədə ermənilərin dedikləri ilə mübahisə etmək hüququ ilə bağlı “Perinçek İsveçrəyə qarşı” işi üzrə Ermənistanın mənafelərini təmsil etmək üçün tutulmuşdur. Kluninin bu iş üzrə gətirdiyi dəlillər söz azadlığı anlayışına zidd idi.Müəllif öz mühakimələrində Amal Kluninin hansı səbəblərə görə Xədicə İsmayılovanın işini öz üzərinə götürməsi məsələsinə şübhə ilə yanaşır. Əl-Hüseyni yazır ki, Amalın əri Corc Kluni Ermənistanın indiki prezidenti, və keçmiş səhra komandiri Serj Sarkisyanın beynəlxalq aləmdə təcrid olunması imicini yumşaltmaq üçün bu il aprel ayında Ermənistana səfər edib. Corc Kluninin səfəri Ermənistanda rejim əleyhinə nümayişlərdən diqqəti yayındırıb. Yerevanda Azərbaycan və Türkiyə bayraqlarının açıq şəkildə yandırılması ilə başa çatmış yürüşə Kluni başçılıq edirdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Çində ağır yol qəzasında 20 nəfər ölüb, 30 nəfər yaralanıb
23.02.2019
Nigeriyada prezident və parlament seçkiləri keçirilir
23.02.2019
Venesuela Kolumbiya ilə sərhədi bağladı
23.02.2019
Sudan prezidenti bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info