Müxalifət siyasi mübarizənin sivil formalarını əvvəl-axır qəbul etməlidir
Tarix: 07.03.2013 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


Heç şübhəsiz, siyasi hakimiyyət uğrunda mübarizədə məqsəd sonda iqtidara gəlməkdir. Bu, politologiya elminin, necə deyərlər, əsas qaydalarındandır. Bu yolda hər hansı siyasi oyunların aparılması, siyasi qüvvələrlə işbirliyinin aparılması da qəbulediləndir. Lakin Azərbaycan müxalifəti hakimiyyətə gəlmək üçün özünəməxsus metodlardan istifadə edir. Onlar bütün nəzəri-siyasi metodların üstündən xətt çəkərək ən çirkin əməli belə etməkdən çəkinmirlər. Bu gün müxalifət hakimiyyətə gedən yolu əldə etmək üçün hətta düşmənlə işbirliyinə gedir.

Bu məsələ elə müxalifətin içindəkilər tərəfindən öz təsdiqini tapıb. Artıq hər yerdən əli üzülmüş müxalifət ölkədə təxribatlar yaratmağa, heç bir ictimai-siyasi əhəmiyyəti olmayan məsələləri gündəmə gətirməyə cəhd edir. Çünki dağıdıcı müxalifət sosial dayaqlarını və ictimai-siyasi proseslərə təsir imkanlarını tamamilə itirib. Müxalifət təmsilçiləri seçkiqabağı ölkədəki vəziyyəti süni şəkildə gərginləşdirməyə, bundan öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Destruktiv müxalifətin hakimiyyətin nüfuzu qarşısında acizliyi, gücsüzlüyü və sivil rəqabət imkanına malik olmadığı hər addımda öz təsdiqini tapır.
Müxalifət yersiz aksiya keçirməklə aidiyyəti olmayan faktları siyasiləşdirib cəmiyyətdə çaşqınlıq yaradır. Çox maraqlıdır, əvvəlki illərdə hər şeyə diqqətsiz olan müxalifət, bu il özünü yaman diqqətli göstərir. Bəllidir ki, seçki ilidir deyə müxalifət öz aktivliyini göstərməyə çalışır. Amma müxalifətin bu “aktivliyi”, yəni hakimiyyət uğrunda mübarizdə hətta insan ölümü faktından belə istifadə etməsi heç bir siyasi mədəniyyətə, əxlaqa sığmır. Siyasi icmalçı Rüstəm Məmmədov qəzetimizə açıqlamasında bildirilir ki, müxalifətin hakimiyyət uğrunda mübarizədə ortalığa atdığı metodlar heç də özünün rəngarəngliyi ilə büruzə verilmir: “Bir qayda olaraq onlar daha çox həyasızlıqla müşahidə olunur. Daha çox “mənim ürəyim belə istəyir” prinsipini ortalığa atırlar. Bu minvalla da aparılan siyasi mübarizə bir qayda olaraq hələki müxalifətə heç bir müsbət nəticə vermir. Lakin onlar sakitləşmir və mütəmadi surətdə bu istiqamətdə mübarizəsini davam etdirir”.
R.Məmmədovun fikrincə, bu cür çirkli modellə fəaliyyət göstərən müxalifət heç bir şeyə ümid bəsləyə bilməz: “Ümid bəsləməsi üçün gərək müxalifətin konstruktiv mövqeyi ola. Və bu mövqeyi də çalışıb obyektiv və insanların başa düşdüyü formada nəzərə çatdırmalıdırlar. Hay-küy, daş-qalaq, mitinqlə bunları heç vaxt, heç kəsə sübut edə bilməzlər. Təbii ki, keçirilən qanunsuz mitinqlərdə də hüquq pozuntuları müşahidə olunur. Bu hüquq pozuntuları zamanı məcburi surətdə xəsarət alanlar da meydana çıxır”.
Politoloq bu istiqamətdə fəaliyyətin eyni zamanda müxalif mövqedə olan KİV-də aparıldığını dedi: “Əslində, belə KİV-lər öz əhalisinə qarşı terrorla məşğul olur. Buna terrordan başqa heç nə demək olmaz. Bir qayda olaraq onlar müəyyən lüzumsuz məsələni siyasiləşdirirlər. Əhalini psixoz vəziyyətə salırlar. Sonra da hesab edirlər ki, onlar bununla növbəti zərbə vurdular. Bəhanə axtarırlar ki, kimsə döyülsün və ya ölsün. Onu tez-tələsik gündəmə gətirib dövriyyəyə buraxırlar. Bu model siyasi mübarizənin qanunsuz, keyfiyyətsiz, səviyyəsiz formada aparılmasından xəbər verir”.
Dağıdıcı müxalifət və ona məxsus olan mətbuat bir çox məsələlərdə ermənilərlə eyni mövqedən çıxış edirlər. Müxalifətin belə məsələləri siyasiləşdirməsinin onların səviyyəsi ilə bağlı olduğunu deyən R.Məmmədov beynəlxalq praktikada hakimiyyət uğrunda mübarizənin daha çox sivil formada aparıldığını vurğuladı: “Mən demirəm ki, xarici ölkələrdə ittihamlar olmur, kimsə kimisə tənqid etmir. Belə hallar olur. Lakin bunlar sivil qaydada aparılır. Sivil qaydada bu işə münasibət bəslənilir. Sivil yolla aparılan mübarizə cəmiyyət tərəfindən normal qarşılanır. Hansısa prezidentliyə namizəd uduzanda rəqibinin əlini sıxır. Bu cür modeli biz də qəbul etməyi bacarmalıyıq”.
Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info