“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi gənclər üçün layihəyə yekun vurdu
Tarix: 28.06.2016 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən “Qarşılıqlı anlayış və birgə yaşam – Azərbaycan tolerantlıq modelinin region gənclərinə təqdimatı” adlı layihəyə Xaçmaz və Quba rayonlarında keçirilən təlimlərdən sonra, Qəbələ və Zaqatala rayonlarında keçirilən təlimlərlə yekun vuruldu. Təlimlərdə region gənclərinə tolerantlıq və multikultiralizm anlayışları, tolerantlığın tarixi təkamülü və müasir dünyada önəmi barədə geniş məlumat verilib. Təlimçi - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədlinin təlimlərdə Azərbaycan tolerantlıq modeli və multikultural cəmiyyətimizin formalaşması, bu sahədə dövlətin həyata keçirdiyi uğurlu siyasət, qanunvericilik və ənənələr haqqında verilən məlumatlar gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasına böyük dəstək olmuşdur. Multikultural cəmiyyətimizin özünəməxsus modelinin dünyaya nümunə olaraq təqdim edilməsinin əhəmiyyəti barədə gənclərdə daha mükəmməl təsəvvür yaradılması üçün təlim prosesi qarşılıqlı müzakirə və sual-cavab şəraitdə həyata keçirilmişdir. Qəbələ və Zaqatala şəhərində ümumilikdə 120 nəfərədən çox gəncin iştirakıyla baş tutmuş təlimlər uğurla həyata keçirilib.
Təlimlərdə yerli icra hakimiyyətlərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional şöbələrinin, Gənclər və idman idarələrinin, region QHT-lərin və KİV-lərin nümayəndələri iştirak edib.
Region gənclərinə layihə çərçivəsində nəşr edilmiş “Azərbaycan Tolerantlıq Modeli” adlı maarifləndirici kitab paylanılıb. Təlimlərin sonunda gənclərə iştirakçı sertifikatları təqdim olunub.





 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paytaxtın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb
5 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info