Bəzi Avropa aviaşirkətləri İrəvana uçuşları dayandırıblar
Tarix: 07.03.2013 | Saat: 22:37:00 | E-mail | Çapa göndər


Avropanın üç aviaşirkəti 2012-ci ildə Yerevana uçuşları dayandırıb. Bu barədə Ermənistan turizm agentlikləri birliyi sədrinin müavini Eqişe Tanaşyan “Armenian Report”a açıqlamasında bildirib. Uçuşların həyata keçirilməsindən “Britaniya Hava Yolları”, “Polşa Hava Yolları” və Latviyanın “Air Baltik” şirkətləri imtina edib. E.Tanaşyan vurğulayıb ki, göstərilən şirkətlərin fəaliyyəti Ermənistanda hava daşımaları sektorunda qiymət müxtəlifliyini təmin edirdi. “Air Baltik” reysləri hesabına Qərbi Avropaya reyslər daha sərfəli idi. “Britaniya Hava Yolları” şirkəti amerikalı turistlərə elə də ucuz olmayan, lakin komfortlu xidmətlər təqdim edirdi. Ermənistanda turizmin özəl sektoru “Polşa Hava Yolları”na çox böyük ümidlər bağlayırdı. Çünki bu ölkədə həyat səviyyəsi, böhrana baxmayaraq daha da artıb və xarici turist səfərləri fəallaşmışdı. Polşa turizm şirkətləri Ermənistanla münasibətlərdə maraqlı idilər və artıq ən böyük Polşa sərgisində Ermənistanın iştirakı ilə əlaqədar danışıqlar aparılırdı. Reyslərin ləğvindən sonra bütün bu layihələr dondurulub. Tanaşyanın bildirdiyinə görə, uçuşların ləğvinə səbəb “Zvartnos” hava limanında yüksək qiymətlər və hava sahəsinin qapalılığı olub. Hazırda Qərbi Avropaya aviabiletlərin qiyməti ötən ilə nisbətən 20-25 faiz artıb.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info