“İndependent”: “Şotlandiya Britaniyadan ayrılacaq”
Tarix: 28.06.2016 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


“İmperiya artıq yoxdur, federativ dövlət isə artıq kölgədə qalıb. Britaniya uzun zamandan bəri artıq “dalğaları idarə etmir” – indi Avropanın ən böyük limanları Rotterdam, Antverpen və Hamburqdur”

Böyük Britaniyanın Avropa Birliyindən çıxmağa səs verməsi(Brexit)ölkədə referendum sonrası ciddi peşmanlıqlar doğurub. Bu barədə bir sıra neqativ şərhlərlə bərabər, bununla bağlı Norveç təcrübəsi “İndependent” qəzetində misal çəkilir. Norveçli müəllif, vətəndaş cəmiyyəti institutlarının təmsilçisi Jonas Helseth bu barədə britaniyalılara öyüdlə belə yazır: “Britaniya, sən heç vaxt anlamadın ki, Avropa Birliyində olanda necə güclü idin.  Sən mənim ölkəmin başına nə gəldiyindən dərs götürməlisən. Bənzər siyasi məzhəkənin Norveçdə də baş verməsinə şahidlik etmişik – bu, sizin düşündüyünüz utopiyaya bənzər hansısa bir nəsnəyə aparıb çıxarmadı. Birləşmiş Krallıq artıq öz seçimini etdi və bu seçim “Britaniyanı yenidən böyük etmədi” – Belə bir başlıq referendumdan bir gün sonra “Daily Star”ın manşetnə çıxarılmışdı. “Daily Star”ın Brexitlə bağlı bu ifadəsi maraqlıdır, çünki bu ifadə referendumdan öncə də Britaniyanın “böyük” olmadığını nəzərdə tuturdu. Faktiki olaraq, Birləşmiş Krallıq iqtisadi və mədəni baxımdan böyük bir Avropa ölkəsidir, amma buna baxmayaraq, onun bu böyüklüyü indi inkar edilir. İmperiya artıq yoxdur, federativ dövlət isə artıq kölgədə qalıb. Britaniya uzun zamandan bəri artıq “dalğaları idarə etmir” – indi Avropanın ən böyük limanları Rotterdam, Antverpen və Hamburqdur. Amma buna baxmayaraq Britaniya hələ də AB-də böyük idi. Təkcə, özünün açıqlığına və dünyadakı əlaqələrinə görə yox. O, həm də qlobal çağırışlara özünün praqmatik, analitik yanaşmalarına görə böyük idi, indi AB ondan sonra bu sahədə yaranan boşluqları yoluna qoymaqla məşğul olmalıdır.Britaniyanın elastik iqtisadiyyat uğrunda mübarizəsi balanslı AB yanaşmasına həlledici yol üçün töhfələrini vermişdi. Britaniyanın dünyadakı qlobal durumu Avropaya dünya arenasında rıçaqlar vermişdi, öz növbəsində də AB bu vəziyyət üçün rıçaqlar yaratmışdı. Brexit tərəfdarları iddia edirdilər ki, AB-dən ayrılmaqla, Britaniya dünyadakı qlobal nüfuzuna yenidən iddia edə bilər. Halbuki bu nüfuz xeyli dərəcədə AB tərəfindən dəstəklənirdi. İndi isə Britaniyanın BMT Təhlükəsizlik Şurasında veto qoymaq hüququ müzakirə mövzusu ola bilər, çünki Birləşmiş Krallıq daha yarım milyardlıq avropalıların mənafeyi naminə danışmağa iddia edə bilməz. Bundan sonra yalnız Fransa vetosu AB-nin vetosu kimi qəbul ediləcək, çünki onun AB-də olan mövqeyi Britaniyadan sonra güclənib. Belə isə niyə də əhalisi Britaniya əhalsiindən 3 dəfədən də artıq çox olan və bu cür veto hüququndan daha çox məmnun qalacaq Braziliya onun bu məsələdə yerini tutmasın? Əlbəttə, Şotlandiya, Birləşmiş Krallığı tərk edərsə, bu barədə reallıq daha çox dəyişərdi… Bəs belə halda, kiçik İngiltərə BMT Təhlükəsizlik Şurasının veto hüququnu saxlamağı əsaslandıra bilərdimi? Əgər şotlandlar Britaniyadan ayrılsalar – bu, heç də qeyri-real görünmür, İngiltərə və Uels, güman ki Şimali İrlandiya ilə birlikdə AB ilə danışıqları və münasibətləri formalaşdırmaq üçün daha pis bir formula ola bilər. Kemeronun “gəmini tərk etmiş kapitan” mövqeyinə endiyi bir şəraitdə, bu danışıqlar, güman ki 10 gün öncə Avropa Birliyini nasist Almaniyası ilə müqayisə etmiş Boris Consonla aparılacaq. Brexit kampaniyası Consonu AB-də və Brüsseldə illərini juurnalist kimi sərf etmiş bir hakimiyyət təmsilçisi kimi formalaşdırıb və o, oyun oynamağı bilən kimi görünür. Amma sonda, o, güman ki, üzr istəməli olacaq…
Mənim ölkəm bənzər situasiya ilə üzləşəndən sonra neft resurslarına görə resessiyadan zərər çəkmədi, amma biz “suverenlik” məsələsinə demokratik nəzarətimizi itirdik. Buna görə də Norveçsayağı Brexit Britaniya üçün real seçim ola bilməz. Mənim 12 yaşım olsa da, 1994-cü ilin Norveç referendumunu çox yaxşı xatırlayıram. O vaxt millətçilik dalğası, uğurlu Lillehammer Olimpiyasından sonra daha da alovlanmışdı və bizim avropalı müttəfiqlərimiz və qonşularla irrasional ziddiyyətlər yaratmışdı. O vaxt səs vermək üçün çox gənc idim, və bir daha belə bir şans əldə etmədim. Britaniyalı gənclərə isə daha yaxşısını arzu edərdim…
İndi gəlin görək, Cəsur Şotlandiya üçün irəlidə nələr var”.

İlkin AĞAYEV







 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info