BSU-da Kazım Qarabəkir Paşanın yubileyi keçirildi
Tarix: 07.03.2013 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetində görkəmli hərbi-siyasi xadim, general Kazım Qarabəkir Paşanın anadan olmasının 130 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə universitetin professor-müəllim kollektivi, tələbələri və Kazım Qarabəkir Paşanın qızı Timsal Yıldıran Qarabəkir, nəvəsi İclal Cankorel, TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcan da iştirak edib.
Tədbiri giriş sözü ilə açan BSU-nun elmi işlər üzrə prorektoru Şirinbəy Əliyev istiqlal savaşının qəhrəmanlarından biri olmuş Kazım Qarabəkir Paşanın türk xalqı üçün etdiyi böyük xidmətlərdən danışıb. Timsal Yıldıran Qarabəkir müqəddəs Azərbaycan torpağının mərkəzi olan Bakıda Kazım Qarabəkir Paşanı yad etdiklərinə görə BSU rəhbərliyinə dərin təşəkkürünü bildirib. BSU-nun professoru Tahirə Məmməd, siyasi elmlər üzrə fəlsəfə doktoru Natiq Abdullayev çıxış edərək, Kazım Qarabəkir Paşanın keçdiyi həyat yoluna bir daha nəzər salıb, görkəmli sərkərdə barədə maraqlı məlumatlarla çıxış ediblər. Sonda tədbir iştirakçılarına Tahir Əliyevin ssenarisi əsasında çəkilmiş “Kazım Qarabəkir Paşa” adlı sənədli film nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info