İRƏLİ “Region Gənclərinin Əməkdaşlığı Forumu” layihəsinə start verib 
Tarix: 28.06.2016 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


“İRƏLİ” İctimai Birliyi, “Regional İnkişaf İctimai Birliyi” tərəfindən və Azərbaycan Prezidenti yanında Gənclər Fondu (AzGF) dəstəyi ilə 2016-cı il Avropanın Paytaxtı Gəncədə “Region Gənclərinin Əməkdaşlığı Forumu” layihəsinə start verilib.
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən Forumda Azərbaycanın 15 regionundan 100–ə yaxın gənclər iştirak ediblər.
“İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, Azərbaycan Respublikasında gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu və bunun kimi layihələr Azərbaycan gəncliyinin ictimai-siyasi, birgə inkişaf fəaliyyəti üçün olduqca əhəmiyyətlidir.
Layihənin əsas məqsədi , “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinə dəstək olmaq, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində istifadəyə verilən «Gənclər Ev»ləri və “Gənclər Mərkəz”ləri yerləşən regionlarda, bölgələrdə gənclərin şəxsi inkişafına təkan vermək üçün birgə fəaliyyətlərini stimullaşdırmaqdan ibarətdir. 
Layihənin birinci günündə Vüsal Quliyev, Elnur Rzayev və Fərhad Hacıyevin iştirakı ilə Azərbaycan Dövlət Gənclər Siyasəti mövzusu müzakirə edilib.
Layihənin birinci hissəsində “İctimai vəkillik” və “Beynəlxalq arenada iştirakçılıq” mövzularında müzakirələr keçirilməsi nəzərdə tutulmuşdur.
Layihə benefisiarlarının 2016-ci il Avropa Gənclər Paytaxtı seçilmiş Gəncədə xüsusi tədbirlər planı ilə iştirakı planlaşdırılıb.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info