“Transparency İnternational“:“Ermənistanda əsgərlərə psixoloji təzyiq göstərirlər”
Tarix: 28.06.2016 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Sona Ayvazyan: “Ermənistan Müdafiə Nazirliyi korrupsiyalaşıb”

Ermənistan korrupsiya risklərinin çox yüksək olduğu 17 ölkə arasında göstərilib. “Epress.am” saytının verdiyi məlumata görə, bunu “Transparency İnternational” Korrupsiya Əleyhinə Mərkəzinin direktor müavini Sona Ayvazyan deyib. O, Ermənistan Müdafiə Nazirliyi sistemindəki korrupsiya halına xüsusi toxunub. 
S. Ayvazyan bildirib ki, müdafiə sahəsində korrupsiya ölkə iqtisadiyyatına mənfi təsir edir və belə hallar aprel hadisələri zamanı da məlum olduğu kimi, minlərlə insanın həyatına son qoya bilər: “Araşdırma zamanı belə bir nəticəyə gəldik ki, müdafiə, milli təhlükəsizlik və daxili işlərlə bağlı parlament komissiyaları çox güclü deyil. Biz büdcə və hesabatların nə dərəcədə yaxşı idarə olunduğunu bilmirik. Faktiki olaraq, Müdafiə Nazirliyi lazımi nəzarət olmadan istədiyi büdcəni əldə edə bilir, öz vasitələrindən istədiyi kimi istifadə edir. Daxili auditlə bağlı heç bir məlumat yoxdur”. 
S. Ayvazyan ordunun seçkilərdə iştirakı məsələsinə də toxunub: “Əsgərlər lazımi informasiyalar əldə edə bilmirlər, onların arasında təbliğat aparmaq mümkün deyil. Öz seçimlərini ya komandirlərin təlimatı ilə, ya da bilmədən edirlər. Onlar hər şeyi heç də obyektiv göstərməyən İctimai Televiziyaya baxılar və onlarda seçki ilə bağlı obyektiv fikir yaranmır. Belə bir vəziyyətdə onları qrup halında səsverməyə aparır, səslərini idarə edir və psixoloji təzyiq göstərirlər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info