Alimlərimizin Rusiyada tanıdılması imkanları müzakirə olunub
Tarix: 28.06.2016 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda Rusiyanın “Poisk” qəzeti baş redaktorunun birinci müavini Yelizaveta Ponarinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
İnstitutdan bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə rəhbərlik etdiyi qurumun fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verib, ildə iki dəfə nəşr olunmaqla institutun elmi fəaliyyətini işıqlandıran “Botanika dünyası” məlumat bülleteni ilə qonaqları tanış edib. O, rəhbərlik etdiyi elm müəssisəsinin və Mərkəzi Nəbatat Bağının Rusiya Elmlər Akademiyasının Botanika İnstitutu ilə birgə apardığı elmi əməkdaşlığı xüsusi vurğulayıb, həyata keçirilən müştərək layihələrdən bəhs edib.
“Poisk” qəzeti barədə ətraflı məlumat verən Y.Ponarina qeyd edib ki, bu nəşrdə Rusiya və dünyanın bir çox ölkələrində fəaliyyət göstərən elmi-tədqiqat institutları barədə məlumatlar, alim və mütəxəssislərin fikirləri, eləcə də ali tədris müəssisələrinin xəbərləri yer alır.
Söhbət zamanı Azərbaycan alimlərinin elmi fəaliyyətinin daha geniş səviyyədə tanıdılması imkanları müzakirə olunub.
Nümayəndə heyətinin üzvləri institutun Herbari Fondu, Botanika Muzeyi və Mərkəzi Nəbatat Bağının canlı kolleksiyası ilə maraqlanıb, yerli mütəxəssislərdən müsahibələr alıb və həyata keçirilən elmi-innovativ fəaliyyətdən bəhs edən reportaj hazırlayıblar.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info