“Noyer məndən güclüdür”
Tarix: 29.06.2016 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


İtaliya yığmasının kapitanı Canluici Buffon Almaniya ilə keçirəcəkləri oyun haqda danışıb. 38 yaşlı qolkiper Bundestimdəki həmkarı Manuel Noyerlə bağlı da fikirlərini bildirib.
Buffon əvvəlcə Almaniya ilə baş tutacaq qarşılaşma barədə danışıb: “Konsentrasiyanı həmişə qoruyub saxlamalıyam. Yalnız bu yolla komanda yoldaşlarımı da yüksək əhval-ruhiyyədə saxlaya bilirəm. İtaliya yığmasında böyük arzusu olanlar oynayır. Onlar meydanda bütün güclərini qoyurlar. Ümid edirəm ki, Almaniya ilə matçda da azarkeşlərimizi sevindirə biləcəyik. Çox çətin oyun olacaq. Kağız üzərində favorit onlardır”. Manuel Noyer barədə də fikirlərini bölüşən təcrübəli qolkiper səmimi açıqlaması ilə diqqət çəkib: “Kim güclüdür - mən, yoxsa Noyer? Əlbəttə, Manuel. O, məndən cavandır və çox güclü qapıçıdır. Yaşımla əlaqədar, bəzi qolkiperlərlə rəqabət aparmaq mənə çətindir. Ancaq “Yuventus”un və İtaliya millisinin formasını geyindimsə, yüksək səviyyədə çıxış etməyə çalışıram. Yaxşı karyeram olub. Amma son sözümü hələ deməmişəm”.




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Avro-2020 seçmə mərhələsində növbəti oyunlar keçirilib
25.03.2019
“Real“ Mbappeyə görə 280 milyon avro verməyə hazırdır
25.03.2019
Azərbaycan-Litva oyununda qalib müəyyənləşməyib
25.03.2019
“Sumqayıt” futbol akademiyası seçim mərhələsinin ikinci turuna başlayıb
25.03.2019
Xorvatiya bu dəfə məğlub oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info