Messi yığma karyerasına son qoydu
Tarix: 29.06.2016 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Argentinanın prezidenti və Maradona onu yığmada oynamağa davam etməyə çağırıblar

Argentina yığmasının və İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi yığma komandadakı karyerasını başa vurduğunu açıqlayıb. Bu barədə Messi “Copa America 2016”-nın finalında Çili millisinə məğlubiyyətdən sonra verdiyi açıqlamada bildirib.
O deyib: “Mənim milli komandadakı karyeram bitdi. Bu, mənim yığma komanda ilə məğlub olduğum ümumilikdə dördüncü, ardıcıl isə üçüncü finaldır”. Argentina milli komandası ilə çempion titulu qazanmağı çox istədiyini deyən Messi bildirib: “Mən əlimdən gələni etdim. Finalda uduzmaq, xüsusilə də penaltilər seriyasında məğlub olmaq çox üzücüdür. Mən qərarımı artıq vermişəm.” Argentina millisinin canlı əfsanəsi Dieqo Armando Maradona isə Messiyə dəstək verib. O, hesab edir ki, Messi yığmada qalmalıdır: “Bu, olduqca önəmlidir. O iki il sonra Rusiyaya gedərək dünya çempionu olmalıdır". Maradona onu qərarını dəyişməyə çağırıb: "Messi ona kömək etmək istəyənləri eşitməlidir. Onun yığmadan getməsini arzulayanlar isə Argentina futbolundakı mövcud pis durumu gizlətmək istəyənlərdir. Bu səbəbdən Messi yığmada oynamağa davam etməlidir". Maradona ilə yanaşı, Argentinanın prezidenti Maurisio Makri də Messiyə dəstək olaraq onu yığmada oynamağa davam etməyə çağırıb. Qeyd edək ki, matçın əsas və əlavə vaxtında komandaların heç biri qol vura bilməyib. Qalibi müəyyənləşdirmək üçün on bir metrlik cərimə zərbələri təyin olunub. Penalti seriyasını daha sərrast yerinə yetirən Çili yığması rəqibinə 4:2 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə Amerika kubokunun sahibi olub. Penaltiləri argentinalı Lionel Messi, Lukas Bilya və çilili Artur Vidal reallaşdıra bilməyiblər. Oyunun braziliyalı baş hakimi Eber Lopes komandaların oyunçularına 8 sarı və 2 qırmızı vərəqə göstərib. Matçın 29-cu dəqiqəsində Çili komandasının yarımmüdafiəçisi Marselo Dias, 43-cü dəqiqəsində isə argentinalı müdafiəçi Markos Roxo meydançadan qovulub. Komandasının məğlubiyyətinə və həlledici penaltini vura bilməməsinə baxmayaraq, Lionel Messi gözəl və məhsuldar oyunu ilə fərqlənib. Argentina millisinin lideri turnir çərçivəsində dörd matçda 5 qol vurub, daha 4 qolun isə assistenti olub. O, üç görüşdə ən yaxşı hücumçu elan edilib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info