Çavesin ölümü Rusiyanın neft şirkətlərinə təsir edə bilər
Tarix: 07.03.2013 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


Venesuela prezidenti Uqo Çavesin ölümü Rusiyanın neft şirkətlərinin uzunmüddətli planlarına təsir edə bilər. “RİA Novosti”nin yaydığı xəbərdə deyilir ki, Çavesin ölümü ilə əlaqədar olaraq, təhlilçilər proseslərin gedişatı ilə bağlı ciddi düşünürlər.
Onların fikrincə, əsas məsələ Çavesi kimin əvəzləyəcəyidir. Məlumatda deyilir ki, Rusiyanın neft şirkətləri Venesuelada uzunmüddətli müqavilələr əsasında işləyirlər. Onlar 2020-ci ilədək Venesuelanın neft sektoruna 17.6 milyard dollar investisiya qoyacaq. Lakin ekspertlərin fikrincə, sərmayənin məbləği siyasi perspektivdən asılı olaraq, azala bilər. Rusiyalı ekspertlər hesab edirlər ki, Çavesin ölməsi ilk növbədə, "Rosneft" şirkətinin Venesueladakı fəaliyyətinə mənfi təsir göstərə bilər. Lakin bəzi müşahidəçilər daha optimistdirlər. Qeyd edək ki, Rusiyanın sənaye naziri Denis Manturov jurnalistlərin suallarını cavablandırarkən, Venesuelada dövlət başçısının dəyişməsinin Rusiya şirkətlərinin bu ölkədəki fəaliyyətinə təsir etməyəcəyini deyib. "Rosneft" şirkəti "Xunin-6" karbohidrogen layihəsində işləyir. Bununla yanaşı, Rusiyanın "Qazprom neft", LUKOYL və “Surqutneft” şirkətləri də bərabər payla Venesuelada fəaliyyət göstərirlər. "Rosneft"in nümayəndələrinin son açıqlamalarında isə bildirilib ki, onlar bu yaxınlarda daha ciddi karbohidrogen layihəsində iştiraka hazırlaşırlar. Yeri gəlmişkən qeyd edək ki, Venesuelanın müxalifət partiyaları Miranda ştatının qubernatoru Enrike Kaprilesi prezidentliyə vahid namizəd kimi irəli sürüblər. Venesuela XİN başçısı Elias Haua bir ay ərzində yeni prezident seçkilərinin keçiriləcəyini, o vaxtadək isə ölkəni vitse-prezident Nikolas Maduronun idarə edəcəyini bildirib. Kapriles hakimiyyəti konstitusiyaya əməl etməyə çağırıb. Venesuela konstitusiyasına əsasən, prezident öldükdə bir ay ərzində yeni prezident seçkiləri keçirilir. Yeni prezident vəzifəsinin icrasına başlayanadək isə ölkəni parlamentin sədri idarə edir. Enrike Kapriles keçən ilin oktyabrında prezident seçkilərində iştirak edərək Uqo Çavesə məğlub olmuşdu. Qeyd edək ki, Uqo Çavesin tabutunu daşıyan abtomobil paytaxt Karakasın küçələri ilə dolaşıb. Yüz minlərlə venesuelalı prezidentlə vidalaşmaq üçün küçələrə çıxıb. Karakas şəhər rəhbərliyi matəm günlərində metropolitenin pulsuz işləyəcəyini elan edib.
ANAR




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info