Goranboyda multikultural və tolerant dəyərlərimiz mövzusunda konfrans
Tarix: 29.06.2016 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Goranboyda rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans təşkil olunub.
Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli şəxsləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Konfrans dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev çıxış edərək bildirib ki, respublikamızda, o cümlədən Goranboyda tarixən müxtəlif millətlərin nümayəndələri birgə yaşayıb, bir-birinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşıblar. Hazırda rayonda türk, rus, kürd və digər millətlərin nümayəndələri yaşayır. Rayonun ərazisində yaşayan azsaylı xalqların nümayəndələrinin problemlərinə həssaslıqla yanaşılır və qaldırılan məsələlər tez bir zamanda həllini tapır. Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətlərinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün isə həmin münasibətlər bütün hüquqi dövlətlərdə olduğu kimi, Azərbaycanda da qanunlarla tənzimlənir. Qeyd olunub ki, ölkə əhalisinin böyük əksəriyyəti müsəlman dininə etiqad etsə də, Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Lakin, bununla belə Azərbaycan müsəlman dünyasının bir hissəsi olduğu üçün İslam aləmində baş verən bir sıra xoşagəlməz ictimai, siyasi-iqtisadi proseslər ölkəmizdə də müəyyən narahatlıqla qarşılanır. Ona görə də müəyyən dövlət qurumları ilə yanaşı, ictimaiyyət də bu cür proseslərin - terrorun, dini radikalizmin, zərərli dini cərəyanların, qeyri-ənənəvi dinlərin ölkədə yayılmasının qarşısının alınmasında vətəndaş fəallığı göstərməlidirlər. Vurğulanıb ki, son dövrlərdə Azərbaycandakı mövcud siyasi sabitlik, sosial-iqtisadi uğurlar bəzi xarici qüvvələri narahat etməyə başlayıb. Odur ki, ölkənin milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirilən bir sıra radikal təmayüllü qrupların ayrı-ayrı vaxtlarda respublikada fəaliyyətinə cəhdlər göstərilir. Bu cür hallara qarşı hər kəs ayıq-sayıq olmalıdır. Konfransda adət-ənənələrin icrasında yol verilən bəzi nöqsanlar haqqında da danışılıb, İslam dinində əksini tapmayan, lakin sonradan bəzi şəxslər tərəfindən uydurulan ayin və mərasimlərin qəbuledilməz olduğu diqqətə çatdırılıb.
Rasim




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info