Qırğızıstan Azərbaycanda Ticarət Evi açmağı planlaşdırır
Tarix: 29.06.2016 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Qırğızıstan Azərbaycanda Ticarət Evi açmağı planlaşdırır. Bunu Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Aycigit Buranov “Caspian Energy İnternational Media Group”un nümayəndə heyəti ilə görüşdə deyib.
“Caspian European Club”dan bildirilib ki, səfir “Caspian European Club”la (Caspian Business Club) Qırğızıstan səfirliyi, o cümlədən Qırğızıstan şirkətləri arasındakı əməkdaşlığın gələcəkdə davam etdirilməsində maraqlı olduğunu ifadə edib. “Formula-1” üzrə Avropa Qran-prisinin uğurla başa çatması bizi çox sevindirdi. Bu, ölkənizin dünyada kifayət qədər tanındığının növbəti göstəricisidir. Postsovet məkanında bu cür yarışları təşkil edən çox az dövlət var. Bundan əlavə, həmin yarış paytaxtın müasir gerçəkliyi ilə keçmişi arasındakı ahəngi dünyaya nümayiş etdirmək üçün əla fürsət idi. Bu harmoniyanı 500 milyon tamaşaçı böyük maraqla seyr etdi. Yarışlar zamanı Azərbaycana böyük turist axını müşahidə olundu. Qardaş xalqın bu uğuru bizi çox sevindirir”, - deyə A.Buranov söyləyib. Onun sözlərinə görə, Qırğızıstan Azərbaycanda Ticarət Evi açmağı planlaşdırır: “Qırğızıstan və Azərbaycanın böyük potensialı olsa da, ticarət əlaqələri hələ lazımi səviyyədə deyil. Biz Azərbaycan və Qırğızıstan biznesinə ticari və iqtisadi əlaqələri inkişaf etdirmək maraqlı olsun deyə danışıqlar aparırıq. Azərbaycanla turizm və mədəniyyət sahələrində gözəl əməkdaşlıq qurulub. Türkdilli dövlətlərin mədəni irsi fondu yaradılıb, parlamentlərarası əməkdaşlıq nizama salınıb, Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstanın dövlət başçılarının təşəbbüsü ilə həmin ölkələrin daxil olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb və uğurla fəaliyyət göstərir”. Səfir etibarlı və isti münasibətlərə, Qırğızıstanla əməkdaşlığa görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info