Fransa-Azərbaycan Universitetində təhsil alan tələbələrə hər iki ölkənin diplomu veriləcək
Tarix: 29.06.2016 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Fransa-Azərbaycan Universitetində təhsil alan tələbələrə hər iki ölkənin diplomu veriləcək. Bu sözləri təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 2016-2017-ci tədris ilindən etibarən Fransa-Azərbaycan Universitetində (UFAZ) 4 ixtisas - kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi, neft kəşfiyyatının və istismarının cihazqayırması ixtisası üzrə tədris başlanacaq. Həmin universiteti bitirən tələbələr həm Strasburq Universitetinin, həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin diplomunu alacaqlar. Universitetdə tədrisin ingilis dilində olmasına aydınlıq gətirən nazir müavini qeyd edib ki, yeni yaradılan Fransa-Azərbaycan Universitetində (UFAZ) tədrisin ingilis dilində təşkil olunmasına səbəb Azərbaycanda ingilis dilində yüksək səviyyədə ali təhsilə cəlb olunan tələbələrin sayının daha çox olmasıdır. C.Bayramovun sözlərinə görə, bu ali məktəbdə tədris Fransa tərəfindən tərəfdaş olan Strasburq Universitetinin proqramları əsasında olacaq. Dünyanın ən aparıcı ali məktəblərindən biri olan Strasburq Universiteti Avropanın ən yüksək səviyyəli təhsil verən, yüksək akademik nəticələri olan universitetlərindən biridir. Məhz bu təcrübədən faydalanmaq üçün xarici dildən istifadə etmək daha uyğundur və fransız, ya da ingilis dili arasında seçim aparılarkən məlum olub ki, Azərbaycanda ingilis dilində yüksək səviyyədə ali təhsilə cəlb olunan tələbələrin sayı daha çoxdur. “Məktəblərimizdə xarici dil tədris olunan zaman şagirdlər xarici dillər arasından ən çox ingilis dilini seçirlər. Buna görə də tədris ilk olaraq, ingilis dilindən başlanılır. Ancaq o da istisna deyil ki, sonrakı mərhələdə bu ixtisaslarda, ya da digər ixtisaslarda fransız dilində tədris təşkil olunsun”, - deyə C.Bayramov vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info