Gürcüstan şərabı Rusiyaya Azərbaycan vasitəsilə ixrac edə bilər
Tarix: 07.03.2013 | Saat: 22:48:00 | E-mail | Çapa göndər


Gürcüstanda istehsal olunan şərab məhsullarının Rusiya bazarlarına çıxarılması ilə bağlı daşınma məsələləri iki ölkə arasında müzakirə olunur. Bunu Gürcüstün Şərab üzrə Milli Agentliyin rəhbəri Levan Davitaşvili jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
«Rospotrebnadzor» tərəfindən məhsullarını satmaq istəyən 93 Gürcüstan müəssisəsindən 36 şərab və 4 mineral su istehsalçısına Rusiya bazarına məhsul çıxarmağa icazə verilib. Lakin məhsulun hansı marşrutla Rusiyaya daşınması məsələsi açıq qalıb və bununla bağlı müxtəlif variantlar nəzərdən keçirilir. L.Davitaşvili Lars yolunun ən təhlükəsiz nəqletmə marşrutu olduğunu bildirib. Lakin o, məhsulun dəmiryol xətti ilə Rusiyaya daşınmasının mümkünlüyünü vurğulayıb: «Biz istəyirik ki, şirkətlər dəmiryol nəqliyyatı ilə məhsulu daşısınlar. Bu, Azərbaycan ərazisi ilə də ola bilər. Lakin üçüncü variant da var. Bu, dəniz yoludur. Məhsulu Novorossiysk şəhərinə çatdırmaqla Rusiyaya məhsullarımızı göndərə bilərik, lakin bu istiqamətdə liman hələ işləmir. Şirkətlər arzu edərsə, hər şey yaratmaq mümkündür». Xatırladaq ki, «Rospotrebnadzor»un ekspertləri fevralın 25-dən martın 1-dək Gürcüstanın şərab və mineral su istehsal edən müəssisələrini nəzərdən keçirib və Rusiya bazarına məhsulları ixrac etmək istəyən müəssisələrin qeydiyyatdan keçirilməsinə razılıq verib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info