“Türkiyə, nəyin bahasına olursa-olsun,  terrorçuluqla mübarizəni davam etdirəcək”
Tarix: 29.06.2016 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan  İstanbulun Atatürk hava limanında törədilən terror aktından sonra dünya ictimaiyyətini terrorçuluqla qətiyyətli mübarizəyə çağırıb. 
Bu barədə Ərdoğanın yazılı bəyanatında bildirilir.   
“İstanbuldakı terror aktını hiddətlə pisləyirəm. Müqəddəs Ramazan ayında törədilən bu hücum,  terrorçular üçün heç nəyin, hətta dinin belə müqəddəs olmadığını göstərir. Bütün dünyanın, ilk növbədə Qərb ölkələrinin terror təşkilatlarına qarşı qətiyyətli mövqe nümayiş etdirəcəyini gözləyirik. Türkiyə, nəyin bahasına olursa-olsun,  terrorçuluqla mübarizəni davam etdirəcək”, - deyə Ərdoğanın saytında dərc olunmuş bəyanatında qeyd olunub.    
Bəyanatda qeyd edilir ki, terrorçular  İstanbul və London, Ankara və Berlin, İzmir və Çikaqo arasında heç bir fərq qoymur. “Əgər biz birgə qəti mübarizə aparmasaq, onlar öz ən qorxunc planlarını həyata keçirəcəklər. Ümid edirəm ki, İstanbuldakı terror aktı, ilk növbədə Qərb ölkələri daxil olmaqla, bütün dünya dövlətlərinin  iştirakı ilə terrorçuluğa qarşı ümumi mübarizədə  dönüş nöqtəsi olacaq”, deyə Ərdoğan qeyd edib.     
Tural




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
ABŞ-ın dövlət katibi Türkiyəyə “S-400“ sazişindən məyusluğunu bildirib
20.07.2019
İstanbulda keçirilən əməliyyat zamanı 217 cinayətkar saxlanılıb
20.07.2019
ABŞ-da isti hava altı nəfərin ölümünə səbəb olub
20.07.2019
23 avqustda İran enerji birjasında neft satacaq
20.07.2019
Ərbildə türkiyəli diplomatı qətlə yetirən terrorçu dəstənin başçısı tutulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info