“Yaxın üç ildə Avrozonada iqtisadi artım proqnoz verildiyindən 0,3-0,5 faiz aşağı olacaq”
Tarix: 29.06.2016 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Avropa Mərkəzi Bankının (AMB) hesablamalarına görə, Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyündən çıxması Avrozonada iqtisadi artıma ciddi şəkildə mənfi təsir göstərəcək. “Brexit”dən sonra Avropa İttifaqının yeni strategiyasının müəyyən olunması üzrə Aİ ölkələri liderlərinin Brüsseldə keçirilən sammitində AMB-nin rəhbəri Mario Draqi yaxın üç ildə Avrozonada iqtisadi artımın proqnoz verildiyindən 0,3-0,5 faiz aşağı olacağı barədə xəbərdarlıq edib.M.Draqi bu proqnozu Böyük Britaniya iqtisadiyyatında ehtimal olunan zəifləmə ilə də əlaqələndirib. Avropa İttifaqı ölkələri ilə sıx iqtisadi və ticari əlaqələrə malik olan Britaniyada gedən proseslər Avrozonanın ümumi iqtisadi konyunkturuna mənfi təsir göstərəcək.AMB rəhbəri sammitdə Aİ ölkələrini təcili şəkildə islahatlar aparmağa çağırıb. Onun fikrincə, bir çox ölkələrdə Aİ-nin idarəolunmaz hala gəlməsi barədə təsəvvür formalaşa bilər və birinci növbədə iqtisadi təsirlərin birbaşa təsir göstərdiyi bank sektoru diqqət mərkəzində olmalıdır. Üzv ölkələrin dövlət büdcəsində iqtisadi artıma yönəlmiş vəsaitlərin artırılmalı olduğunu bildirən M.Draqi AMB-nin qiymət sabitliyinə nail olmağa və bu məqsədlə bir sıra ölkələrin mərkəzi bankları ilə koordinasiyalı fəaliyyət göstərməyə hazır olduğunu da qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info