Qəbələdə beynəlxalq konfrans
Tarix: 29.06.2016 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Qəbələ şəhərində “Gənclərin dialoqu – Beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması” mövzusunda Beynəlxalq tələbə konfransı işə başlayıb. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi önünə əklil qoyaraq, xatirəsini ehtiramla yad ediblər.“Qafqaz Resorte” otelində keçirilən konfransın açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (İNCU) katibliyinin rəhbəri, Charles Sturt Universitetinin Gömrük və Aksiz Araşdırmaları Mərkəzinin baş müəllimi Mixail Kaşubski və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Gömrük işinin modernləşdirilməsi üzrə məsləhətçisi Hendrikus van Zandvijk çıxış edib. Aydın Əliyev bildirib ki, Dövlət Gömrük Komitəsi gömrük sahəsində əməkdaşlığın gücləndirilməsi, modernləşdirilmə və kadrların peşəkarlıq səviyyəsinin artırılması məsələlərinə xüsusi diqqətlə yanaşır və bugünkü konfrans da sözügedən istiqamətdə nailiyyətlərin əldə edilməsinə öz töhfəsini verəcək. Belə ki, hər bir sahədə uğurlu fəaliyyət kadrların peşəkar səviyyəsindən asılı olub. Həmçinin gömrük xidmətində uğurlu kadr seçimi, əməkdaşların peşəkarlığının yüksəldilməsi hər zaman öz aktuallığı ilə diqqət çəkir.
DGK sədri xatırladıb ki, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev 1997-ci ildə Azərbaycan gömrük orqanlarının yaradılmasının 5 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında da gömrük xidmətinin inkişafı üçün beş əsas şərtdən birinin kadr hazırlığından ibarət olduğunu bildirib. Hələ 1996-cı ildə yaradılan Dövlət Gömrük Komitəsinin Tədris Mərkəzi ölkədə bu sahədə ilk tədris müəssisəsi olmaqla, kadrların təlim və tərbiyəsində müstəsna rol oynayıb. Hazırda isə Tədris Mərkəzinin bazasında, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən təsis edilən Dövlət Gömrük Komitəsinin Akademiyası fəaliyyət göstərir.
Dövlət Gömrük Komitəsinin Ümumdünya Gömrük Təşkilatının (ÜGT) fəal üzvü olduğunu diqqətə çatdıran Aydın Əliyev qeyd edib ki, ÜGT-nin regional qurumları - 2003-cü ildə fəaliyyətə başlayan Regional Tədris Mərkəzi və 2011-ci ildə açılmış Potensialın Gucləndirilməsi uzrə Avropa Regional Ofisi də Azərbaycanda yerləşir. O, 2014-cü ildə Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin birinci konfransının keçirildiyini bildirib və diqqətə çatdırıb ki, qurumun bu günədək ilk və yeganə regional ofisi də məhz Bakıda açılıb. İki ildən çoxdur ki, fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin Akademiyasının təşəbbüsü ilə hazırda ilk dəfə olaraq Qəbələ şəhərində tələbə konfransı keçirilir.
Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (İNCU) katibliyinin rəhbəri, Charles Sturt Universitetinin Gömrük və Aksiz Araşdırmaları Mərkəzinin baş müəllimi Mixail Kaşubski çıxış edərək Qəbələdə keçirilən tələbə konfransının əhəmiyyətini yüksək qiymətləndirib. Mixail Kaşubski bu konfransın müxtəlif ali məktəblərin müəllim və tələbələrinin, elm adamlarının, gömrük mütəxəssislərinin birgə təcrübə mübadiləsi, qarşılıqlı əlaqələrin qurulması baxımından böyük rol oynadığını qeyd edib.
Konfransda dünyanın 20 ölkəsinin - Avstriya, Belarus, Belçika, Bolqarıstan, Çin, Makedoniya, Gürcüstan, Almaniya, Macarıstan, Litva, Niderland, Polşa, Rusiya, Seneqal, İsveç, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan, Vyetnamin mötəbər universitetlərində gömrük ixtisası üzrə təhsil alan tələbələr, gömrük sahəsində ixtisaslaşan elm adamları, eləcə də məşhur gömrük mütəxəssisləri Vaslav Çijoviç, Zlatko Veterovski iştirak edirlər. İyunun 29-dan iyulun 1-dək davam edəcək konfrans çərçivəsində “Beynəlxalq ticarət”, “Gömrük potensialının gücləndirilməsi”, “Gömrük risklərinin təhlili və idarəedilməsi”, “Ticarətin asanlaşdırılması üçün electron gömrük xidmətləri” adlı 4 sessiya keçiriləcək və müxtəlif ölkələrin elm ocaqlarını təmsil edən elm adamları və tələbələr tərəfindən 50-dək məruzə dinləniləcək.
Məruzələrin əhatə etdiyi konkret mövzulara gəlincə, daxildə emal, daxili ekspress yüklərinə nəzarət, beynəlxalq iqtisadiyyatda ticarət, qlobal maliyyə böhranının beynəlxalq ticarətə təsiri, gömrük üzrə ali təhsil sahəsində yeni istiqamət, elektron gömrüyün qlobal ticarətin asanlaşdırılmasında rolu, gömrük işinin konkret sahələri üzrə bəzi ölkələrin milli təcrübələri və digər sahələrdə dinləyicilərə geniş məlumat veriləcək.
Konfrans çərçivəsində qonaqlar bölgənin təbiəti, tarixi abidələri ilə də yaxından tanış olacaqlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info