“Uçuşların həyata keçirilməsi sülh prosesinə kömək etməyəcək”
Tarix: 07.03.2013 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində Xocalı aeroportunun açılmasının qeyri-qanuni olması ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyəti (AAC) geniş məlumatlandırma kampaniyası aparır.
AAC-dan verilən məlumata görə, bu kampaniya çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin Belçika nümayəndəliyi Xocalı aeroportunun Çikaqo Konvensiyası və Beynəlxalq mülki aviasiya hüququna zidd olduğu üçün açılmasına yol verilməməsinin əhəmiyyətini vurğulayaraq, Avropanın müxtəlif maraqlı tərəflərinə müraciət edib. Avropa Azərbaycan Cəmiyyətinin bu müraciətlərinə bir sıra rəsmi orqanlardan, o cümlədən Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozodan da cavab gəlib. Prezident öz məktubunda xüsusi olaraq qeyd edib ki, sülh prosesində nailiyyət əldə etmək üçün gərginliyə yol aça biləcək səbəblərdən uzaq durmaq vacibdir: “Xocalı aeroportuna gəldikdə isə, Avropa Birliyi ATƏT-in Minsk qrupunun həmsədrlərinin 2011-ci ilin apreli və 2012-ci ilin iyulunda verdiyi bəyanatları dəstəkləyir. Onlar bu aeroportun fəaliyyətinin gərginliyi artıra biləcəyinə dair öz narahatlıqlarını ifadə ediblər. Uçuşların həyata keçirilməsi sülh prosesinə kömək etməyəcək və Avropa Birliyi hər iki tərəfi məsələnin danışıqlar yolu ilə həllini axtarmağa çağırır”. Cavab məktubunda bildirilir ki, Avropa Birliyi hər iki tərəfi beynəlxalq hüquq çərçivəsində və öz əraziləri üzərində həyata keçirdikləri uçuşların cari təcrübəsinə uyğun olaraq hərəkət etməyə dəvət edib. Prezident ən inandırıcı şəkildə şərtlər qoymaqla belə davam edib: “Bu aeroportun fəaliyyəti Dağlıq Qarabağın statusunda hər hansı bir dəyişiklik iddiasını dəstəkləmək üçün istifadə oluna bilməz”.
CAVIDAN




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info