“Rosneft“ Azərbaycan üzərindən İrana yanacaq ixrac edəcək
Tarix: 29.06.2016 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


"Rosneft" 2017-ci ildən İrana yanacaq ixrac etmək niyyətindədir. Bu müddət ərzində "Petrocas Energy Group" şirkəti (onun səhmlərinin 49%-i "Rosneft"ə məxsusdur - red.) Cənubi Qafqaz dəhlizi üzərindən logistik terminal tikəcək.
Bu barədə RBK-ya "Petrocas Energy Group"un baş direktoru Vano Nakaidze bildirib. İnformasiyanı şirkətin majoritar (51%) səhmdarı olan David Yakobaşvili də təsdiqləyib.
"Petrocas Energy Group" benzin və dizel yanacağını İranın Neka və Ənzəli limanlarına ixrac edəcək. İxrac şirkətin Gürcüstanın Poti limanındakı neft terminalından həyata keçiriləcək.
V. Nakaidze bildirib ki, Poti terminalının illik ötürücülük qabiliyyəti 3 mln. tondur. Hazırda o 1-1,5 mln. tonluq yüklənib. Terminal üzərindən Ermənistana, Azərbaycana və Gürcüstana əlvan neft məhsullarının ixracı həyata keçirilir.
TOP-menecer bildirir ki, İrana yanacaq nəqli Azərbaycanın dəmir yolları üzərindən həyata keçiriləcək: "Dəmir yolu ilə limanlara, o cümlədən Bakının limanlarına çatdırılan yanacaq buradan İrana tankerlərlə yola salınacaq".
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info