Jirinovski: « Türkiyə gələcəkdə Rusiyaya Ermənistandan da yaxın olacaq»
Tarix: 29.06.2016 | Saat: 20:50:00 | E-mail | Çapa göndər




«Türkiyə gələcəkdə Rusiyaya Belarus, Qırğızıstan və Ermənistandan da yaxın olacaq». “NovostiNK.ru”-nun yazdığına görə, bu fikirləri jurnalistlərə açıqlamasında LDPR lideri Vladimir Jirinovski bildirib: «Mən artıq 52 ildir ki, Türkiyə siyasətini tədqiq etməklə məşğulam. Türkiyə üçün ən böyük önəm kəsb edən məsələ NATO-dan çıxaraq Şanxay Əməkdaşlıq Təşkilatı və Gömrük İttifaqına üzv olmaqdır. Rusiyan Türkiyə ilə sərfəli əlaqələrə önəm verdiyi kimi, eləcə də Türkiyə Respublikası da Rusiya ilə əlaqələrə böyük önəm verir».
Jirinovskinin sözlərinə görə, Rusiya və Türkiyə bütün sahələrdə münasibətləri tam bərpa etməlidirlər: «Bizim üçün Türkiyə ilə münasibətləri bərpa etmək çox faydalıdır. Türkiyə bizə qonşudur, böyük bir ölkədir. Bu ölkədə bizə lazım olan hər şey var. Bundan əlavə, onların Rusiyadan başqa heç bir dövlət ilə yaxın ticarət əlaqələri yoxdur. Bunu turizmə də şamil etmək olar. Türkiyədəki turizm sektorunu daha çox Rusiya vətəndaşları canlandırırdı. Doğrudur, bu ölkəyə Almaniya və Böyük Britaniyadan da turistlər gəlir, lakin onlar ruslarla müqayisədə çox azdırlar».
Xatırladaq ki, V.Jirinovski Türkiyənin “Kanal A” televiziyasına verdiyi müsahibədə də oxşar fikirlər səsləndirmişdi:” Rusiyanın 150 milyon, Türkiyənin isə 75 milyon nəfər əhalisi var. Biz birlikdə böyük güc ola bilərik” .
A. Babayev













 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info