“Ermənilər heç vaxt, heç yerdə etnik çoxluq olmayıblar”
Tarix: 29.06.2016 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


“Biz Rusiyada milli tariximizə keçən ilk terrorun çeçen və ya Şimali Qafqazdakı müsəlman terrorçuları tərəfindən deyil, erməni millətçiləri tərəfindən həyata keçirildiyini unuduruq”.
Bu sözləri rusiyalı politoloq, “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” kitabının müəllifi Oleq Kuznetsov Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Rusiyada təbii olaraq bu barədə susurlar: “Moskva metrosunda ilk partlayış 8 yanvar 1977-ci ildə baş verib və ermənilər tərəfindən törədilib. Gələn il Rusiya tarixinə düşən bu faciəvi hadisənin 40 illik yubileyi qeyd ediləcək”.
O. Kuznetsov qeyd edib ki, SSRİ-nin süqutunun əsas səbəblərindən biri də Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə nəticələnən Ermənistan-Azərbaycan münaqişəsi olub.
Politoloqun sözlərinə görə, erməni terroru XIX əsrin sonlarından meydana çıxıb: “Ermənilər əvvəlcə sosial-dini qruplaşma kimi fəaliyyət göstərirdi. Lakin əsrin sonlarına yaxın ermənilər arasında sosial-siyasi qruplaşmalar meydana gəlməyə başladı ki, onlar da öz ideallarının reallaşması üçün terroru vasitə olaraq istifadə etməyə başladılar. Erməni siyasi qruplaşmalarından “Hnçak”, “Daşnaksutyün” açıq şəkildə terrorun öz siyasi fəaliyyətlərinin başlıca vasitəsi olduğunu deyirdilər. Bunun belə olmasının obyektiv səbəbləri var: Ermənilər heç vaxt, heç yerdə etnik çoxluq olmayıblar. Və buna görə də hər hansı ərazi vahidindən, onun resurslarını səfərbər edərək, milli dövlətlərini yaratmaq üçün istifadə edə bilməzdilər. Çünki Qafqaz xəritəsində elə nöqtə yoxdur ki, ermənilər say etibarilə digər etnik, dini qrupları üstələsinlər. Onların müharibəyə pulu olmayıb. Terrorizm isə iqtisadi nöqteyi-nəzərdən hakimiyyət uğrunda mübarizənin ən ucuz vasitəsidir. İstənilən halda, bu, marginalların apardığı mübarizədir”.
Erməni terrorunun erməni sosialistlərinin məhsulu olduğunu deyən O. Kuznetsov onların hətta erməni qriqoryan kilsəsinə qarşı da terror həyata keçirdiklərini diqqətə çatdırıb.
Xatırladaq ki, “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” kitabı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xidməti materialları, erməni terrorçularının Azərbaycan və Rusiya ərazisində törətdikləri cinayətlərə dair işləri əsasında yazılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info