“Avropa Suriyaya görə ağır hesab ödəyir”
Tarix: 30.06.2016 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


“The Guardian”: “Qaçqınlar və təhlükəsizlik problemləri buna misal ola bilər, bu iki faktorun aradan qaldırılması mümkün
görünmür”

Avropanın Brexitlə başlayan hazırkı ağır siyasi qarışıqlığı dünyanın diqqətini cəlb edib. Bununla belə, qitədən qıraqda baş verən daha qanlı və faciəvi olaylar diqqətdən kənarda qalıb. Bu barədə yazan Böyük Britaniyanın “The Guardian” media qurumu belə olaylara Suriyadakı hadisələri misal çəkir: “Suriya müxalifətinin Bəşər Əsədi devirmək planları və mübarizəsi ümidsizliyə düçar olub
Moskva və Vaşinqton bir-birlərinə yaxınlaşmağa doğru addımlarkən, Moskva və Tehranın Suriyaya müdaxiləsi bu ölkə prezidentinin ölkədə mövqeyini gücləndirib. Moskva və Vaşinqton Suriyada beşillik müharibənin başa çatması və problemlərin həlli üçün ortaq nöqtə tapmağa çalışır. BMT-nin bu məsələ ilə bağlı razılaşma üçün təyin etdiyi son tarix 1 avqustdur. Bu tarixə qədər Suriyada “siyasi dəyişiklik” baş verməlidir”. Qeyd edilir ki, Avropa Birliyinin xarici siyasət şefi Federika Moqerini ötən il İranla nüvə danışıqlarının aparılmasında aparıcı fiqur kimi çıxış etməsinə baxmayaraq, Suriya məsələsi ilə bağlı danışıqlarda adekvat təsirə nail ola bilməyib: “Halbuki Suriya məsələsi daha faciəvidir və rəsmi rəqəmlərə görə, artıq bu ölkədə 400 min adam həlak olub, milyonlarla insan isə evsiz qalıb və didərgin düşüb. Son ildə sübut olundu ki, Avropa birinci qitədir ki, Suriya böhranının həll olunmamasına görə çox ağır əvəz ödəyir - qaçqınlar və təhlükəsizlik problemləri buna misal ola bilər. Bu iki faktorun aradan qaldırılması isə hələ ki, mümkün görünmür.
Avropalılar Avropa Birliyini yenidən qurmaqla bağlı inkişaf prosesləri barədə fikirləşəndə Suriyanı düşünmürlər, amma son iki ildə Avropada baş verən hər hansı neqativ işlərdə və proseslərdə Suriya faktoru rol oynayır - qaçqınlar qitəyə qaçırlar, cihadçılar da ora gəlirlər və gedirlər. Bütün bu hallar yalnız artmaqda davam etməkdədir. Bu, artıq Avropanın boynunda yük olan problemə çevrilib. Avropanın heç bir seçimi qalmayıb. Böyük Britaniyanın Avropa Birliyini tərk etdiyi bir halda, AB özünü beynəlxalq arenada siyasi oyunçu kimi təsdiq etdirmək üçün hələ də sübuta ehtiyac duyur. Belə sübutlardan biri isə Suriya problemini həll etməyə nail olmaq ola bilərdi”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info