Kənd təsərrüfatı sahəsində çalışan qadın sahibkarların sayı artacaq
Tarix: 30.06.2016 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Mələk Çakmak: “Qadınların əkinçilik istehsalından daha çox yararlanması üçün mühüm addımlar atılıb”

Bakıda Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatlı Təşkilatının (FAO) dəstəyi ilə Türkiyə və Azərbaycanda reallaşdırılan “Kənd ərazilərində yaşayan qadınların kəndin davamlı inkişafının sosial-iqtisadi və gender aspektləri üzrə imkanlarının artırılmasına dəstək” layihəsinin sona çatması ilə əlaqədar yekun seminar keçirilib. FAO-Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində 2014-cü ildə başlayan bu layihə Türkiyə və Azərbaycanda kənd qadınları üçün göstərilən xidmətləri yaxşılaşdırmaq məqsədi daşıyır.
Seminarda çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədov layihənin mühüm sosial əhəmiyyət kəsb etdiyini və müasir dövrdə qadınların kənd təsərrüfatı sahəsi və sahibkarlıqla məşğul olmasının vacibliyini vurğulayıb. Layihənin iki ildən çoxdur davam etdiyini deyən N.Məmmədov məsləhət, informasiya xidmətlərinin təkmilləşdirilməsi, fermer qadınların əməyinin qiymətləndirilməsi ilə bağlı Azərbaycanda həyata keçirilən sosialyönümlü layihəni yüksək dəyərləndirib. Onun sözlərinə görə, layihə həm iqtisadi, həm də sosial cəhətdən çox səmərəli olub, kənd yerlərində yeni iş yerlərinin yaradılması istiqamətində də xeyli iş görülüb. FAO-nun Azərbaycandakı nümayəndəsi xanım Mələk Çakmak bildirib ki, qadınların əkinçilik istehsalından daha çox yararlanması üçün mühüm addımlar atılıb: “Düşünürəm ki, qadınların əkinçilik təsərrüfatına cəlb edilməsi ərzaq təhlükəsizliyinin qorunmasında, kənd təsərrüfatı məhsullarının istehsalında kişilərlə bərabər sayda ola bilər. Bu, sadaladığım sahələrə ikiqat müsbət təsir göstərəcək. Qadınlar məhsul yığımında, gübrələrin verilməsində və digər sahələrdə çalışa bilərlər”. Türkiyə Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin idarə rəisi Gürcan Özdağ layihənin başlıca məqsədlərindən birinin kənd qadınlarının sosial-iqtisadi inteqrasiyasını təşviq etməkdən, onların gəlir yaratmaq bacarıqlarını artırmaqdan ibarət olduğunu söyləyib. Daha sonra layihə ilə bağlı təqdimatlar olub. Bildirilib ki, kənd qadınları kənd təsərrüfatı istehsalı və iqtisadiyyatın şaxələndirilməsi sahəsində öz biliklərini, bacarıqlarını və potensialını artıracaq. Bu isə kənd qadınlarının gəlir yaratmaq bacarıqlarını və ailə təsərrüfatında ərzaq təhlükəsizliyi və dolanışıq vasitələrini yaxşılaşdırmaqla sosial-iqtisadi inkişafa gətirib çıxaracaq. Sonda gələcək əməkdaşlıq sahələri müzakirə edilib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info