Dillər Universitetində Çin Kommunist Partiyasının ildönümü qeyd olunub
Tarix: 30.06.2016 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetində (ADU) universitetin Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Kommunist Partiyasının yaranmasının 95-ci ildönümünə həsr olunmuş “İpək Yolu iqtisadi kəməri” proqramının həyata keçirilməsində “Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyasının rolu” adlı elmi tələbə seminarı keçirilib.
Seminarda Azərbaycan tərəfindən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında hərtərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. O, Prezident İlham Əliyevin bu yaxınlarda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikasının Dövlət Şurası sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı onun Çindən Avropaya və geriyə yüklərin daşınmasında Azərbaycanın tranzit rolu, həmçinin İpək Yolu infrastrukturunun yaradılması və inkişafına qarşılıqlı maraq olduğunu söylədiyini vurğulayıb. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Ülkər Əliyeva Yaxın Şərqdə Çinin iqtisadi siyasətinin xüsusiyyətləri haqqında danışıb. Seminarda çıxış edən ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri öz məruzələrində Azərbaycan və Çinin iki hakim partiyasının iqtisadi siyasəti, iki dövlət arasında siyasi əməkdaşlıq və partiyalararası dialoqun uğurlu inkişafı, “İpək Yolu iqtisadi kəməri” proqramının həyata keçirilməsində partiyaların rolu, “İpək Yolu iqtisadi kəməri” və “XXI əsrin Dəniz İpək Yolu” layihələrini birləşdirən mədəni, elmi və tələbə mübadiləsinin genişləndirilməsinə yönəlmiş “Bir Kəmər, Bir Yol” konsepsiyasının məqsədləri haqqında məlumat veriblər. Digər çıxışçılar Çin Xalq Respublikasının (ÇXR) Təhsil Nazirliyinin Çin dilinin xaricdə yayılması üzrə Dövlət Dəftərxanasının (Hanban) qərarı ilə ADU-da yaradılan Konfutsi İnstitutunun Çin dilinin tədrisi və Azərbaycan ictimaiyyətinin Çin mədəniyyəti ilə tanış olmaq məqsədi daşıması ilə yanaşı, “Bir Kəmər, Bir Yol” konsepsiyasının həyata keçirilməsinin elmi-tədqiqat işlərinin aparılmasına töhfə verəcəyini bildiriblər. Seminarda Çin Xalq Respublikasının (ÇXP) Azərbaycandakı səfirliyinin Siyasi məsələlər üzrə müşaviri Li Tszin Sonq və müşavirin katibi Sya Fan, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova da iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
19.07.2019
Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb
19.07.2019
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb
19.07.2019
Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info