Hökumət Ödəniş Portalı yaradılır
Tarix: 07.03.2013 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) bazasında Hökumət Ödəniş Portalı (HÖP) yaradılır. “Hökumət Ödəniş Portalının Yaradılması” layihəsi Azərbaycan Mərkəzi Bankının sifarişi ilə “CMA Small System” və SINAM şirkətləri tərəfindən həyata keçirilir.
Layihə 2012-ci ilin yanvar ayından reallaşdırılır və yaxın zamanlarda başa çatacaq. Hökumət Ödəniş Portalının yaradılmasının əsas məqsədi respublika iqtisadiyyatında nağdsız ödənişlər dövriyyəsinin genişləndirilməsi, büdcə ödənişləri prosesinin sadələşdirilməsi, həmçinin “elektron hökumət”in yaradılması çərçivəsində reallaşdırılan layihələrin milli ödəniş sisteminin infrastrukturu ilə inteqrasiyasıdır. Sözügedən layihə çərçivəsində hazırkı KÖMİS sisteminin texniki platformunun təkmilləşdirilməsi, həmçinin ölkədə həyata keçirilən “elektron hökumət” konsepsiyası çərçivəsində yeni funksional imkanlar yaradılır. Hazırda SINAM şirkətinin mütəxəssisləri layihə çərçivəsində veb-servis funksionalının tətbiqini başa vurub. Veb-servis funksionalı sistemə qoşulmuş təşkilatlara verilənlər bazasını real zaman rejimində yeniləşdirməyə imkanı verir. Veb-servis texnologiyasının tətbiqindən əvvəl ödəmələr haqqında məlumatlarda gecikmələr olurdu. Veb-servis texnologiyasının tətbiqindən sonra isə məlumatlar real zaman rejimində yenilənəcək. Daxili İşlər Nazirliyinin xətti ilə olan ödəmələr artıq veb-servis texnologiyası üzərində qurulub. Hazırda digər dövlət təşkilatlarının bu texnologiya vasitəsilə sistemə qoşulması istiqamətində iş gedir.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info