“Şəmkir Aqropark” bölgədə kənd təsərrüfatının inkişafına təkan verəcək
Tarix: 30.06.2016 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Bu ilin oktyabrınadək “Şəmkir Aqropark”ın logistika mərkəzinin çeşidləmə və qablaşdırma kompleksinin, sahəsi 21 min tonluq yeni modern soyuducu anbar kompleksinin, 1 ədəd seleksiya kiçik laboratoriya məntəqəsinin, hər birinin tutumu 1000 ton olan 5 betenin otağının və vahid pəncərə buraxılış məntəqəsinin tikintisi başa çatdırılacaq.
Logistika mərkəzi və soyuducu anbar komplekslərinin quraşdırılması üçün Avropa istehsalı olan qurğu və avadanlıqlar tikinti yerinə gətirilib. Hazırda tikinti-quraşdırma işləri davam etdirilir. 2014-cü il noyabrın 15-də Prezident İlham Əliyevin Şəmkir rayonuna səfəri çərçivəsində təməli qoyulan “Şəmkir Aqropark” MMC-nin nəzdində 604 hektar sahədə müasir istilikxana kompleksi, şitilçilik, tingçilik və intensiv bağçılıq təsərrüfatları, meyvə-tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzləri, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələrinin yaradılması nəzərdə tutulub. Aqropark yeni elmi nəticələrdən və müasir texnologiyalardan yararlanmaqla yerli məhsulları xarici bazarlarda Azərbaycan brendi ilə təqdim edəcək. “Şəmkir Aqropark”ın icraçı direktoru Zəfər Novruzov AZƏRTAC-a bildirib ki, aqropark qərb bölgəsində kənd təsərrüfatının inkişafına təkan verəcək. Burada kiçik və orta fermerlərlə qarşılıqlı əməkdaşlıq nəzərdə tutulub. İstehsal edilən məhsulun emalı, çeşidlənməsi və vahid brend altında satışı həyata keçiriləcək. Bundan əlavə, fermerlərin istehsal etdiyi məhsulların aqropark tərəfindən saxlanılmasına, satışına gömək göstərəcək və eyni zamanda, fermerlərə imkan yaradılacaq ki, öz təsərrüfat sahələrini daha da inkişaf etdirsinlər. Aqroparkın sərəncamına verilən 604 hektar ərazinin 350 hektarında intensiv meyvə bağlarının salınması nəzərdə tutulur. Daxili bazarın tələbatı nəzərə alınaraq alma, xurma, armud, şaftalı, üzüm, ərik və gavalı bağlarının salınması üçün də işlər aparılır. Müasir dövrün inkşaf etmiş texnologiyaları tətbiq edilməklə, 20 hektar sahəni əhatə edəcək istixanada hər il 7 min ton pomidor və xiyar istehsalı nəzərdə tutulur. Aqroparkda soyuducu anbar, çeşidləmə və qablaşdırma sexləri fəaliyyət göstərəcək. Burada, həmçinin məhsul ölçüsünə, çəkisinə və rənginə görə çeşidlənəcək. Rayonda mövcud istixanaların təminatı üçün ildə 60 milyon şitil yetişdirilməsi planlaşdırılır. Eyni zamanda, aqroparkda xurma, ərik, üzüm, gavalı, şaftalı və almanın qurudulması üçün də müasir texnologiyalar tətbiq olunacaq. Burada əhalinin ehtiyacı nəzərə alınaraq, müxtəlif meyvə şirələrinin istehsalı da nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info