UNICEF: “2030-cu ilə qədər 69 milyon uşaq ölə bilər”
Tarix: 30.06.2016 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


UNICEF-ə görə, yoxsulluq və müxtəlif problemlərlə ən təsirli mübarizə təhsildən keçir. Buna baxmayaraq dünya səviyyəsində 124 milyon uşaq məktəbə getmir

UNICEF dünya miqyasında uşaqların vəziyyətinin tezliklə yaxşılaşdırılmasının vacib olduğunu, xəstə, yoxsul və zorla evləndirilən uşaqların sayının qorxunc ölçülərə çata biləcəyi barədə xəbərdarlıq edib.

BMT-nin Uşaqlara Yardım Təşkilatı (UNICEF) "Dünya Uşaqlarının Vəziyyəti 2016" adlı hesabatını Nyu-Yorkda ictimaiyyətə açıqlayıb. Hesabatda yer alan təxmini hesablamalara görə, 2030-cu ilə qədər dünya səviyyəsində beş yaşın altındakı 69 milyon uşaq, əslində, qarşısının alınması mümkün olan xəstəliklərdən həyatını itirəcək. 167 milyon uşaq yoxsulluq şəraitində yaşayacaq, 750 milyon qız uşağı isə zorla evləndiriləcək. UNICEF bu şərtlər altında dünya səviyyəsində daimi inkişaf hədəflərinə 14 il içərisində çatmanın mümkün olmadığını da bildirib.

BMT-nin 2030-cu il inkişaf hədəfləri
Qeyd edək ki, BMT 2030-cu ilə qədər yeni inkişaf hədəflərini ötən ilin sentyabr ayında açıqlamışdı. Əsas hədəfin dünya səviyyəsində həddindən artıq yoxsulluqla mübarizə olduğu bildirmişdi. UNICEF-in müəyyənləşdirdiyinə görə, yoxsul ölkələrdəki uşaqların pis qidalanma və beş yaşına çatmadan ölmə riski zəngin ölkələrdəki uşaqlara nisbətən daha yüksəkdir.
"Dünya Uşaqlarının Vəziyyəti 2016" adlı hesabatın təqdimatı zamanı çıxışında UNICEF-in baş direktoru Anthony Lake, "nəsilləri əhatə edəcək yoxsulluq vəziyyəti cəmiyyətlərin gələcəyinə təsir edəcək. İndi ya uşaqlarımıza investisiya qoyulmasına, ya da dünyamızın daha da bölünmüş və ədalətsiz bir vəziyyətə gəlməsinə icazə verəcəyik "ifadələrini işlədib. Hesabatda yer alan təhlillərdə uşaqlar üçün daha yaxşı bir dünyanın yaradılmasının mümkün olduğu da vurğulanır və dünya səviyyəsində hökumətlərdən uşaqlar üçün daha çox bərabərlik yaratması tələb edilir.
UNICEF-ə görə, yoxsulluq və müxtəlif problemlərlə ən təsirli mübarizə təhsildən keçir. Bu təspitə baxmayaraq, hesabatda dünya səviyyəsində 124 milyon uşağın məktəbə getmədiyi də öz əksini tapıb.
UNICEF müsbət amillərin də olduğunu vurğulayıb. 1990-cı ildən bu yana tam yoxsulluq şərtləri altında yaşayan uşaqların sayının yarı-yarıya düşdüyü, uşaq ölümlərinin 50 faiz azaldığı, 129 ölkədə bərabər sayda qız və oğlan uşağının təhsil aldığı qeyd edilir. Peyvənd kampaniyaları nəticəsində isə qızılca kimi epidemiyaların dünya səviyyəsində 79 faiz aşağı salındığı, 2000-2014-cü illər arasında 17 milyon uşağın həyatının xilas edildiyi bildirilib.

Almaniyada qaçqın uşaqların vəziyyəti ilə
bağlı xəbərdarlıq

UNICEF Almaniyadakı sığınacaq axtaran uşaqların vəziyyətinin də ağır olduğunu açıqlayıb. Hesabatda uşaqların ədalətli rəftar görmədiyi göstərilir. UNICEF-in Almaniya üzrə nümayəndəsi Christian Schneider açıqladığı hesabatda, Almaniyaya sığınan uşaq və gənclərin uzun müddət özlərinə uyğun olmayan bir şəraitdə yaşamaq məcburiyyətində olduğunu deyib. Uşaqların qorunmaq, səhiyyə və təhsil kimi hüquqlarının aylarla məhdudlaşdırıldığı və ya heç bir şəkildə bu hüquqlardan yararlanmadığını vurğulayan Schneider bildirib ki, sığınacaq axtaran uşaqlar gəldikləri ölkəyə və burada rastlaşdıqları mühitə görə ədalətsiz rəftara məruz qalırlar və bu getdikcə artır.
Sığınacaq axtaran uşaqların tez-tez qorxu və şiddət yaşadığını söyləyən UNICEF nümayəndəsi, bu uşaqların xüsusilə qoruma və baxıma ehtiyacı olduğunu vurğulayıb. Schneider, "Bütün uşaqlar, haradan gəlirlərsə gəlsinlər, hansı cəmiyyətə aid olurlarsa olsunlar, eyni hüquqlara malikdirlər" deyib.
Almaniyada sığınacaq axtaran uşaqların hüquqlarının qorunması ilə bağlı çatışmazlıqlara 2014-cü ildəki hesabatında da diqqət çəkən UNICEF, bu vəziyyətin daha da yüksəldiyini ifadə edib. Hesabatda, xüsusilə uşaq və gənclərin qaçqın mərkəzlərində qalma müddətlərinin uzanmasının narahatlıq yaratdığını, buradakı şərtlərin, səhiyyə xidmətləri və xüsusilə də psixoloji yardımın çox vaxt qeyri-kafi olduğu göstərilir. Bir çox qaçqın qəbul mərkəzində qadın və uşaqların zorakılıqdan qorunması üçün kifayət qədər tədbir alınmadığı, yaxud bu mövzuda bir anlayış olmadığı, uşaqların oyun və öyrənmə məqsədli xidmətlərdən də faydalana bilmədiyi qeyd edilir.
UNICEF uşaqların qaçqın qəbul mərkəzlərində keçirdikləri müddətin uzanmasının, məktəbə uyğunlaşmasını da gecikdirdiyinə diqqət çəkərək, sığınacaqla bağlı müraciətlərində uşaqların vəziyyətinin çox vaxt nəzərə alınmadığını tənqid edib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info