“Rosneft” Azərbaycan vasitəsilə İran bazarına çıxır
Tarix: 30.06.2016 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Vano Nakaidze: “İrana yanacaq nəqli Azərbaycanın dəmir yolları üzərindən həyata keçiriləcək. Dəmir yolu ilə limanlara, o cümlədən Bakının limanlarına çatdırılan yanacaq buradan İrana tankerlərlə yola salınacaq”

"Rosneft" 2017-ci ildən İrana yanacaq ixrac etmək niyyətindədir. Bu müddət ərzində "Petrocas Energy Group" şirkəti (onun səhmlərinin 49%-i "Rosneft"ə məxsusdur) Cənubi Qafqaz dəhlizi üzərindən logistik terminal tikəcək.
Bu barədə RBK-ya "Petrocas Energy Group"un baş direktoru Vano Nakaidze bildirib. İnformasiyanı şirkətin majoritar (51%) səhmdarı olan David Yakobaşvili də təsdiqləyib. "Petrocas Energy Group" benzin və dizel yanacağını İranın Neka və Ənzəli limanlarına ixrac edəcək. İxrac şirkətin Gürcüstanın Poti limanındakı neft terminalından həyata keçiriləcək. V. Nakaidze bildirib ki, Poti terminalının illik ötürücülük qabiliyyəti 3 mln. tondur. Hazırda o 1-1,5 mln. tonluq yüklənib. Terminal üzərindən Ermənistana, Azərbaycana və Gürcüstana əlvan neft məhsullarının ixracı həyata keçirilir. TOP-menecer bildirir ki, İrana yanacaq nəqli Azərbaycanın dəmir yolları üzərindən həyata keçiriləcək: "Dəmir yolu ilə limanlara, o cümlədən Bakının limanlarına çatdırılan yanacaq buradan İrana tankerlərlə yola salınacaq". Yakobaşvili qeyd edib ki, İran bazarına çıxmaq üçün il ərzində minimum 1 milyon ton benzin ixrac etmək lazımdır. Bunun üçün də şirkət terminallarını genişləndirmək, yeni dəmir yolu vaqonları və tankerlər almaq niyyətindədir. Bunun üçün təxminən 100-200 milyon dollar arası vəsait lazımdır ki, şirkət bu vəsaiti öz hesabına təmin edə bilər. Nakaidze bildirib ki, İran bazarına 2017-ci ildə çıxmaq planlaşdırılır. Poti limanına 3 milyon ton neft məhsulu çatldırılacaq ki, bunu da 1 milyon tonu İrana ixrac olunacaq. Qalan 2 milyon ton Türkmənistan və Qazaxıstandan alınaraq Avropaya ixrac ediləcək. 1 milyon tonun təxminən 500 min tonunu “Rosneft” təmin edəcək. “Bu işlər elədir ki, İrandakı siyasi vəziyyətdən, ölkələr arasındakı münasibətdən çox asılıdır. Ona görə də dəqiq tarix söyləmək çox çətindir. Bizim ən böyük istəyimizdən biri İranda logistik terminal inşa etməkdir. Cənub Qafqaz dəhlizi yaranandan sonra “Rosneft” İran bazarına öz məhsullarını sata biləcək. Qazaxıstan və Türkmənistanın da bu dəhlizdən istifadəsi planlaşdırılır” - deyə Yakobaşvili bildirib. RBK bu məsələ ilə bağlı İrandan münasibət öyrənə bilməyib. İranın neft naziri iyun ayının əvvəlində bildirmişdi ki, ölkəsi 3,8 milyon barel neft istehsal edir və onun da 2 milyon tondan çoxunu ixrac edir. Buna baxmayaraq İranda benzin çatışmazlığı var. Rəsmi Tehran 2020-ci ilə qədər ölkədə 5 neftayırma zavodu inşa etmək niyyətindədir. Amma bunun üçün hansı maliyyə mənbəyindən istifadə ediləcəyi bəlli deyil. “Bloomberg” yazır ki, təkcə mövcud zavodların modernləşməsinə 14 milyard dollar lazımdır. Yakobaşvili İranın bu müddət ərzində zavod inşasına bu qədər vəsait cəlb edə biləcəyinə inanmadığını qeyd edib. Onun fikrincə, yeni istiqamət üzrə neft məhsullarını ixracı İranın benzin məsələsindəki problemini müəyyən qədər həll edə bilər.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
“Azərbaycan” İES müasir səviyyədə yenidən qurularaq bərpa edilir
23.04.2019
Məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 582,1 milyon manat təşkil edib
23.04.2019
Azərbaycan ilk dəfə Polşaya alüminium profil ixrac edib
23.04.2019
“Light” neftinin qiyməti 66 dollar/barreli ötüb
22.04.2019
Ölkəyə milyonlar qazandıracaq sahə: meyvə suyu ixracı artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info