Əcnəbi alimlər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
Tarix: 30.06.2016 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Bakıda “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda keçirilən “dəyirmi masa”nın iştirakçıları bu gün Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət ediblər.
ABŞ-ın Tennesi Texnologiyalar Universitetinin Sosiologiya və siyasi elmlər fakültəsinin professoru Maykl Günter, fransalı tədqiqatçı İv Benar və digər elm adamları Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olublar. Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra ziyarətçilər xatirə kitabına ürək sözlərini yazıblar. Sonra ziyarətçilərə Quba kütləvi məzarlığı barədə ətraflı məlumat verilib. Fransalı tədqiqatçı İv Benar məzarlıqda gördüklərindən dəhşətə gəldiyini bildirib: “Mən burada gördüklərimdən sonra çox təəssüflənirəm ki, Fransada hələ də erməniləri dəstəkləyənlər var. Dəhşətli mənzərədir. Bu məzarlıq haqqında faktlara yeni araşdırmalarımda yer ayıracağam və əlimdən gələni edəcəyəm ki, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırım”. M. Günter isə bildirib ki, erməni elm adamları da bura dəvət olunmalı və faktlarla yerində tanış olmalıdırlar. Qeyd edək ki, “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda birinci beynəlxalq “dəyirmi masa” Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Prezident yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Prezident yanında Elmin İnkişafına Dəstək Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində keçirilib.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ermənilər azərbaycanlılar və çeçenlər arasında “nifrət və nifaq toxumlarını əkməyə“ çağırır
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info