“Rusiyada dövlət səviyyəsində Ermənistanın və ermənilərin xalq, millət, dövlət kimi ləyaqəti təhqir olunur”
Tarix: 30.06.2016 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


"Düşünürəm ki, apreldə baş vermiş müharibədən nə hərbi, nə də siyasi nəticələr çıxara bildik". “Kavkasia.net” saytının  verdiyi xəbərə görə, bu sözləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, Regional Araşdırmalar Mərkəzinin analitiki David Şahnazaryan “Qarabağ problemi və onun demokratikləşmə və  daxili hadisələrə təsiri” mövzusundakı keçirilən dəyirmi masada çıxışı zamanı deyib. 
D. Şahnazaryan bildirib ki, Ermənistanın təhlükəsizliyinin yeganə təminatçısının ordu olması düşüncəsi hakim olduqca, vəziyyət belə də davam edəcək: “Ordunun rolu vacibdir, lakin ölkə təhlükəsizliyi təkcə silahlı qüvvələrə əsaslanmır. Biz anlamalıyıq ki, bu, ilk növbədə bizim xarici siyasətimiz və ya bugünkü geosiyasi orientasiyamızla bağlıdır. Bu gün Ermənistanın Rusiya üçün ancaq bir rolu var: Azərbaycana təzyiq göstərməklə öz məqsədinə çatmaq. Başqa sözlə, rus əsgərlərini Qarabağ münaqişəsi zonasında yerləşdirmək üçün vasitə olmaq”.
D. Şahnazaryanın sözlərinə görə, son vaxtlar Rusiyada dövlət səviyyəsində Ermənistanın və ermənilərin xalq, millət, dövlət kimi ləyaqəti təhqir olunur: “Mən sadəcə, bildirmək istəyirəm ki, Ermənistan və Rusiya Federasiyasının heç bir ümumi marağı mövcud deyil”. 


Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info