Yunan iş adamları üçün Azərbaycanın investisiya imkanlarına dair təqdimat keçirildi
Tarix: 07.03.2013 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Yunanıstan-Azərbaycan Ticarət və İqtisadiyyat Palatasının təşkilatçılığı ilə Azərbaycan-Yunanıstan işgüzar görüşü keçirilib. Tədbirdə Yunanıstan tərəfindən sənaye, İKT, kənd təsərrüfatı, turizm, səhiyyə, tikinti, nəqliyyat, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 40 şirkət iştirak edib.
İşgüzar görüşdə çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, Azərbaycan və Yunanıstan arasındakı iqtisadi əlaqələr barədə məlumat verib. Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayan Rüfət Məmmədov yunan iş adamlarını azərbaycanlı həmkarları ilə daha fəal əməkdaşlığa dəvət etmiş, AZPROMO tərəfindən yunan şirkətlərinə ölkəmizdə biznes fəaliyyətinin təşkili istiqamətində bundan sonra da hər cür dəstək göstəriləcəyi qeyd edilib.
Görüşdə həmçinin AZPROMO tərəfindən ölkəmizin əlverişli biznes və investisiya mühiti, həyata keçirilən iri layihələr barədə təqdimat keçirilib.
Yunanıstan-Azərbaycan Ticarət və İqtisadiyyat Palatasının rəhbəri George Papadopoulos və Afina Ticarət və Sənaye Palatasının nümayəndəsi Nikolas Sofianos isə çıxışlarında iki ölkə arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat veriblər. Tədbir Azərbaycan və Yunanıstan iş adamlarının iştirak etdiyi ikitərəfli görüşlərlə başa çatıb. Qeyd edək ki, ikitərəfli görüşlərdə Azərbaycan tərəfindən 100-ə yaxın iş adamı iştirak edib.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür
23.01.2019
Hər il əmək bazarına 100 min gənc daxil olur
23.01.2019
Xaricdən ən çox sifariş verilən 10 Azərbaycan məhsulu
23.01.2019
Bank İsmayıllı filialı üçün işçi axtarır
23.01.2019
Vergilər Nazirliyi ilə AQTA Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info