ARGTMŞ yenidən Avropa Könüllülük Xidmətinin akkreditasiyasını əldə edib
Tarix: 30.06.2016 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) yenidən Avropa Könüllülük Xidmətinin 2016-2019-cı illər üzrə akkreditasiyasından keçib.Şuradan bildiriblər ki, akkreditasiya əldə etdikdən sonra ARGTMŞ rəsmi “göndərən” və “qəbul edən” təşkilat olaraq Azərbaycan gənclərinin Avropa Könüllülük Xidmətində iştirakını təmin etməkdə davam edir. Bununla da gənclər şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, həmçinin öz ölkəsini Avropada tanıtmaq şansı əldə edirlər. Layihənin sonunda könüllülər qazandıqları təcrübəni təsdiq edən “Youthpass” sertifikatı ilə təltif olunurlar.
Avropa Könüllülük Xidməti 2013-cü ildə Avropa İttifaqı tərəfindən qəbul edilmiş “Erasmus+” Proqramının əsas istiqamətlərindən biridir. Avropa Könüllülük Xidməti 18-30 yaş arası gənclərin Avropa ölkələrində 2 həftədən 12 aya qədər müddətdə müxtəlif layihələrdə könüllü olaraq təcrübə qazanmaları məqsədilə həyata keçirilir. Proqramda iştirak etmək üçün hər bir təşkilat Avropa Könüllülük Xidmətinin akkreditasiyasından keçməlidir.
ARGTMŞ ilk dəfə 2013-2016-cı illər üçün akkreditasiyadan keçib. Həmin ildən təşkilat tərəfindən yaradılmış Avropa Könüllülük Xidmətinin Azərbaycan modeli olan Azərbaycan Könüllülük Xidməti gənclərimizin proqramda iştirakını və Avropada könüllülük fəaliyyətini təşkil edir. Bu istiqamətdə proqramın Fransa, Bolqarıstan, Türkiyə, Portuqaliya, Rumıniyadan olan təşkilatlarla əməkdaşlığı var.
Xatırladaq ki, ARGTMŞ Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Könüllülük Xidməti proqramının icrasına başlayıb. Şura 2013-cü ildə “Azərbaycan Könüllülük Xidməti” Proqramını yaradıb və həmin ildən başlayaraq proqram çərçivəsində könüllülərin regional mübadiləsi, beynəlxalq və yerli təlimçilər tərəfindən təlim və seminarların həyata keçirilməsi kimi çoxsaylı layihələr icra edib. Bu layihələrdən 200-ə yaxın gənc faydalanıb. “Azərbaycan Könüllülük Xidməti” Proqramı “Avropa Könüllük Xidməti” Proqramının milli modeli kimi artıq 3 ildir ki, fəaliyyət göstərir. İlk layihəsi üzv gənclər təşkilatlarımızın nümayəndələrinin könüllülük mübadiləsi olan proqram 2014-cü ildə əhatəsini genişləndirərək Azərbaycanın 13 regionunun 15 gənclər evindən 35 könüllünün regionlararası mübadiləsini həyata keçirib. Bunlardan əlavə, proqram 2015-ci ildə beynəlxalq və yerli təlimçilər tərəfindən Bakı və Gəncə şəhərlərində 100-ə yaxın gənc üçün Avropa Könüllülük Xidməti haqqında təlimlərlə öz işini davam etdirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info