Babək rayonunda istedadlı qadınların əl işlərindən ibarət satış-sərgi açılıb
Tarix: 30.06.2016 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Babək Rayon Mədəniyyət Evində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istedadlı qadınların əl işlərindən ibarət satış-sərginin açılışı olub.AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək muxtar respublikada qadınların ictimai-siyasi sahədə fəal iştirakına geniş imkanlar yaradıldığını, qadın əməyinin yüksək qiymətləndirildiyini bildirib. Rasim Hüseynov qeyd edib ki, Babək rayonunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində çalışan qadınlarımız öz bilik və bacarıqları, işgüzarlıqları və ictimai-siyasi həyatdakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Həyata keçirilən dövlət-qadın siyasətinin tərkib hissəsi olaraq istedadlı qadınların fəaliyyətlərinin dəstəklənməsinə xüsusi diqqət yetirilir. Qadınların əl işlərindən ibarət sərgilərin təşkil olunması da bu tədbirlərin davamı kimi mühüm əhəmiyyət daşıyır. Bundan sonra da istedadlı qadınların əl işlərinin sərgisi davam etdiriləcək.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək deyib ki, cari ildə muxtar respublikanın bütün rayon mərkəzlərində bu səpkidə sərgilərin keçirilməsi nəzərdə tutulub. Bu gün Babək rayonunda yaşayan istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərginin təşkil edilməsində məqsəd rayon üzrə qadınlarımızın istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi gənclərə aşılamaq, yüz illərdir ailələrimizdə qorunub saxlanılan mənəvi irsimizi, zəngin dəyərə malik həyat tərzimizi ilmələrə, tablolara köçürmək və yaşatmaqdır. Ümumiyyətlə, indiyədək istedadlı qadınların rəsm və əl işlərindən ibarət təşkil olunan sərgilər xalq tətbiqi sənət növünün və əl işlərinin bənzərsiz nümunələri ilə seçilib. Bunun da səbəbi qadınlarımızın, öz sənət əsərlərində milli dəyərlərə daha çox üstünlük verməsi, vətənpərvərlik cizgilərini daha çox qabartması olub. Çünki dünən bu günə çatmırsa, demək, bu gün də sabaha çatdırılmayacaq. Xalqımızın dünəninin bu günə, bu gününün sabaha yetməsi, qovuşması, heç şübhəsiz, milli dəyərlərimizin yaşadılması ilə sıx bağlıdır.İstedadlı qadınlardan Ulduz Əliyeva çıxış edərək, qadınlara göstərilən diqqət və qayğıya görə Babək rayonunun istedadlı qadınları adından minnətdarlıq edib.Sərgidə rayon üzrə 50 istedadlı qadının 600 rəsm və əl işinin satışı təşkil olunub. Sulu və yağlı boya ilə işlənən tablolarla yanaşı, milli geyimlər, toxuculuq və dekorativ-tətbiqi sənət nümunələri maraqla qarşılanıb.
Qeyd edək ki, sərgi 2 gün davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info