Özbəkistan portalı: “İrəvanda faşistə heykəl ucaldılması insanlığa ziddir”
Tarix: 30.06.2016 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Ziyouz.uz” portalında “Qaregin Njdeyə heykəl qoyulması beynəlxalq hüquqa və insanlığa zidd hesab olunur” adlı məqalə yayılıb.Məqalədə qeyd olunur ki, İkinci Dünya müharibəsinin Azərbaycandan olan veteranları Yerevanda faşist Qaregin Njdeyə heykəl qoyulmasına etiraz olaraq Rusiya Prezidenti Vladimir Putinə müraciət ünvanlayıblar.Müraciətdə abidənin qoyulması İkinci Dünya müharibəsində sülh uğrunda canlarını fəda etmiş çoxmillətli əsgərlərin ruhuna hörmətsizlik kimi qiymətləndirilir.Müəllif qeyd edir ki, nasist Hitlerə yaxın olan Qaregin Njde Vermaxtda 30 min ermənidən ibarət cəza batalyonu təşkil edib.Məqalədə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqovun müsahibəsinə yer verilir. O bildirir ki, faşist generalı qəhrəman kimi göstərmək cəhdi insanlığa və beynəlxalq hüquqa zidd addımdır.Qeyd edilir ki, Qaregin Njde İran, Rusiya, Bolqarıstan, Azərbaycan və Şərqi Anadoluda qanlı qırğınlarda iştirak edib, azərbaycanlıların tarixi vətəni olan Vedibasar və Zəngəzurda mülki əhaliyə xüsusi divan tutub. O, İkinci Dünya müharibəsi zamanı faşistlərə yardım göstərib.Vurğulanır ki, İsrailin “Yerusəlim Post” qəzetində də abidənin qoyulmasını pisləyən məqalə dərc edilib.Yazıda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu heykəlin qoyulmasını anlaya bilməməsinə dair fikirləri də yer alır: “Bizim Böyük Vətən müharibəsinə, faşizmin, nasistlərin qəhrəmanlaşdırılmasına olan münasibətimizi hər kəs gözəl bilir”.Məqalədə daha sonra erməni millətçilərinin, xüsusilə Qaragen Njdenin Polşa və Ukraynada cəza əməliyyatlarında iştirakı, qanlı qırğınlar törətməsi və digər hərbi cinayətləri barədə məlumat verilir. Həmçinin Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun Njde haqqında fikirləri də yer alıb: “Njde ölkəmizin azadlığı uğrunda mübarizə aparmış milli qəhrəman və vətənpərvərdir”.Yazıda xatırladılır ki, bu il mayın 28-də Yerevanda faşist Njdenin abidəsinin açılışında Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edib.


Tural






 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info