“Veysəloğlu”ya “Caspian European Club”un üzvlük sertifikatı təqdim olunub
Tarix: 30.06.2016 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Bakıda Vergilər Nazirliyi və “Caspian European Club”un (Caspian Business Club) təşkilatçılığı ilə baş tutan biznes-forumda Veysəloğlu Şirkətlər Qrupuna üzvlük sertifikatı təqdim olunub. Vergilər nazirliyinin rəsmilərinin iştirak etdiyi biznes-forumda Azərbaycanda vergi qanunvericiliyinin əsas aspektləri və bu sahədə gələcəkdə aparılması planlaşdırılan islahatlar müzakirə edilib.
Tədbirdə “Caspian European Club”la dövlət qrumları arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu, sahibkarlığın qarşısında duran problemlərin həlli istiqamətində bu dövlət qurumları arasında faydalı dialoqa əsaslanan tərəfdaşlıq münasibətlərinin qurulduğunu diqqətə çatdırılıb. Son vaxtlar vergi sistemində aparılan islahatlar, vergi qanunvericiliyində edilmiş dəyişikliklər barədə forum iştirakçılarına məlumatlar verilərək bildirilib ki, Vergilər Nazirliyi ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin olmasında maraqlıdır və vergi ödəyicilərinin vergi öhdəliklərinə əməl etməsi səviyyəsinin daha da yüksəldilməsi, vergi orqanı ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində yüzlərlə xarici və yerli şirkəti özündə birləşdirən “Caspian European Club”la sıx əməkdaşlığı bundan sonra da davam etdirməyə hazırdır.
Forumda iş adamlarının qarşılaşdıqları problemlər, onların həlli yolları, həmçinin “Caspian European Club”a daxil olan şirkətləri maraqlandıran məsələlər müzakirə edilib, forum iştirakçılarının təklifləri dinlənilib, Vergilər Nazirliyinin nümayəndələri forum iştirakçılarının suallarını cavablandırıblar.
Biznes-forumun sonunda “Caspian European Club”un Ekspert Şurası Vergilər Nazirliyi ilə birgə vergi qanunvericiliyində dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlayaraq, həmin təkliflər Azərbaycan Prezidenti Administrasiyası, Nazirlər Kabineti və Milli Məclisə təqdim ediləcək.
Xatırladaq ki, sədri Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları olan “Caspian European Club” (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info