“Azərbaycan ilə Latviya arasında yüksək səviyyəli siyasi, iqtisadi əlaqələr mövcuddur”
Tarix: 30.06.2016 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Azərbaycan ilə Latviya arasında yüksək səviyyəli siyasi, iqtisadi əlaqələr mövcuddur. Ölkələrimiz arasında turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün münbit şərait var. Parlament, eləcə də yerli idarəetmə orqanları arasında əlaqələrin yaradılması turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə imkan yaradır.Bu sözləri AZƏRTAC-a müsahibəsində Latviyanın “Spare” turizm agentliyinin təsisçisi İvonna Kezbere deyib.İldən-ilə ölkəmizdən Latviyaya gedən turistlərin sayının artdığını deyən İ.Kezbere rəhbəri olduğu qurumun Azərbaycanın turizm sahəsində çalışan agentliklərlə əməkdaşlığın yeni məcrada inkişaf etdirilməsinə hazır olduğunu diqqətə çatdırıb. İ.Kezbere turizm, tibb, təhsil sahələrində əlaqələrin genişləndirilməsinin önəmini qeyd edib: “İki ölkə arasında əlaqələrin inkişafına töhfə vermək məqsədilə hər il turizm şirkətlərinin nümayəndələri üçün infotur təşkil edirik. Gələcəkdə Bakı-Riqa-Bakı reysi üzrə birbaşa uçuşların il boyu davam etdirilməsini istərdik”.İ.Kezbere Latviyanın müasir klinikalarından danışaraq bildirib ki, bu klinikalarda ən müasir texnologiyalar tətbiq edilir, sonsuzluğun, venaların, onurğa və onkoloji xəstəliklərin maksimum səmərəli müalicəsi, gözün protezləşdirilməsi təklif olunur. “Baltik dənizi sahillərində yerləşən Latviya Avropanın ən “yaşıl” ölkələrindən biridir. Rusiyadan, Skandinaviya və Qərbi Avropa ölkələrindən minlərlə adam sağlamlıq durumunu yaxşılaşdırmaq və gözəlliyinin qayğısına qalmaq üçün hər il Latviyaya gəlir. Biz Azərbaycandan olan xəstələrə fərdi yanaşma təklif edirik. Təkcə 2014-cü ildə Latviyanın 13 klinikasında xarici ölkələrdən, o cümlədən Azərbaycandan xəstələr müalicə olunub”.Azərbaycanda səfərdə olan Latviyanın “Spare” turizm agentliyinin təsisçisi İvonna Kezbere ölkəmizdə gördüyü hərtərəfli inkişafı yüksək dəyərləndirib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info